Poroşenko Merkeli Rusiyaya güclü təzyiq etməyə çağırdı
Münxen təhlükəsizlik konfransında iştirak edən Ukrayna prezidenti Petr Poroşenkonun Almaniya kansleri Angela Merkellə danışıqlar apardığı haqqında onun mətbuat xdməti məlumat verib.
Əsas mövzü rus-ukrayna münasibətləri olub. Poroşenko Kerç boğazında tutulan ukrayna dənizçilərinin azad edilməsi üçün Rusiyaya təsirin gücləndirilməsini istəyib. Tərəflər həmçinin “Azov paketi” sanksiyasının həyata keçirilməsinə dair tədbirləri razılaşdırıblar. Ötən ilin dekabrının əvvəlində Kiyev Rusiyaya qarşı “Azov sanksiyasının” yenilənməsi bəyan etmişdi. Poroşenko qeyd edib ki artıq Avropa Şurası və ABŞ tərəfindən qəbul edilmiş bu sənəd sanksiyanən genişlənməsini təklif edir.
Danışıqların mövzularından biri Ukraynada prezident seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məsələsi olub. Bundan bir müddət əvvəl Avstriya XİN başçısı Karin Knaysl Kerç boğazındakı situasiya ilə bağlı yeni sanksiyalar haqqında məlumat verib.
Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi dəniz qüvvələrinin gəmisi Kerç boğazı yaxınlığında Rusiya su ərazisinə daxil olmuş və RF sərhədçiləri tərəfindən saxlanmışdı.
YENİSES.RU