Böyük Britaniya Əsədin ailəsinin bank hesablarını bağladı


Böyük Britaniya Əsədin ailəsinin bank hesablarını bağladı
Böyük Britaniya Suriya prezidenti Bəşər Əsədin ailəsinin və ona yaxın olanların bank hesablarını bağlayıb. Bi-Bi-Ci-sinin məlumatına görə dondurulan hesabda 100 milyon funt (160 milyin dollar) var.

Bu hərəkət Avropa Şurasının sanksiyasında öz əskini tapıb. Suriya fiziki şəxsləri və təşkilatlarına aid olan bank hesabları Avropa Şurasının “qara siyahısı”na düşüb-deyə Britaniya radiostansiyası qeyd edib.

Məlumata görə AŞ-nın sanksiyası Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və 49 təşkilat olmaqla 129 Suriya vətəndaşına tətbiq edilib. İngiltərə ərazisində olan bütün hesablara qadağa qoyulub.

Bi-Bi-Ci göstərir ki, Bəşər Əsəd ailəsinin ümumi bank hesabı 1.6 milyard dollar təşkil edir. Bu məbləğ xarici banklarda, o cümlədən Rusiya banklarında saxlanılır. Bəzi bankların AŞ-nın sanksiyasını tətbiq edib- etməmısi haqqında məlumat verilmir.

/Yenises.ru/


Bir cavab yazın