Putin QƏLƏBƏnin 70 illiyi ilə bağlı böyük amnistiya elan edəcək
Böyük Vətən Müharibəsində tarixi qələbənin 70 illik yubileyi ilə bağlı əfv haqqında qətnamə layihəsi Dövlət Dumasına baxılmağa göndərilib. Bu fərmana görə hər 10 məhkumdan birinin əfv olunacağı gözlənilir.
RF prezidenti Vladimir Putin Dövlət Dumasına “1941-1945-ci illər arasında baş verən Böyük Vətən Müharibəsinin 70 illik yubileyi ilə bağlı amnistiya elan edilməsi haqqında”” qətnamə layihəsi göndərib.
Kremlin rəsmi saytında dərc olunan sənədə əsasən amnistiyaya 200 minə qədər məhbus düşə bilər. Bundan başqa 60 min nəfərə yaxın real cəza çəkənlərin azadlığa çıxma şansı var. Bu ümumilikdə cəzasının bir hissəsini çəkmiş hər 10 məhkumdan birinin azadlığa buraxılması deməkdir.
Elan ediləcək əfv fərmanı əvvəl ilk dəfə, kiçik və orta dərəcəli cinayətlər işləmiş, vətən qarşısında xidməti olanlara (qaynar nöqtələrdə vuruşan keçmiş döyüşçülər nəzərdə tutulur-red.) şamil ediləcək.
Ağır və xüsusi ağır dərəcəli cinayətlər törətmişlər, ölüm və terror aktları kimi cinayətdən məhkum olunanlar isə bu əfv fərmanına görə azadlığa buraxılmayacaqlar.
/Yenises.ru/“