Putinin Merkelə gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın “Bild”” nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini “”Bu nəzakət deyil, gizli məna daşıyır””-deyə dəyərləndirib.
Nəşr Vladimir Putin və Angele Merkel arasında keçirilən Soçi görüşməsi haqqında məqaləni “”Putinin Merkelə gül hədiyyə etməsi niyə təhqirdir”” başlığıyla verib.
Şəkillərlə bəzədilən məqalədə Merkel Vladimir Putinin ona bağışladığı gözəl gül dəstəsinə rəğbətlə baxır.
“”Rəsmən bu işgüzar səfərdir, əslində zərbəyə cavabdır!””-deyə Bild nəşri qeyd edir.
“”Nəzakətli davranış kimi görünən bu hərəkət, gerçəklikdə təhqirdir””-deyə müəllif əlavə edir.
O, onu da izah edir ki, rəsmi görüşmələrdə etiket qaydalarına uyğun olaraq dövlət başçısı gül verməli deyil, əl sıxmalıdır. Müəllifin fikrincə, Putin Merkelə qadın olduğunu xatırlatmaq üçün bu addımı atıb. Görünür Bild bunu seksizm-cinsi ayrıseçkilik- kimi dəyərləndirdiyindən bunu Mrekelə qarşı təhqir hesab edir. Lakin Merkelin reaksiyası onun Vladimir Putinin bu diqqətindən məmnun olduğunu göstərir. Putin də çox səmimi görünür.
Xatırladaq ki, nəşrin bundan əvvəlki matrerialında isə guya görüş zamanı Putin Merkelə göstərmək istəyib ki, dünyada kimin ev yiyəsidir.
Yenises.ru“