İraqda futbol oyunu vaxtı qan töküldü


İraqda futbol oyunu vaxtı qan töküldü
İraqın cənubunda yeniyetmələr arasında keçirilən futbol yarışması zamanı 9 nəfər ölüb, 32 nəfər isə yaralanıb.

İTAR-TASS-ın məlumatına görə ölənlər arasında 15-20 yaş arasında olan gənc idmançılar var.

Partlayış İraqdan 100 km cənubda, şiələrin kompakt yaşadığı Babil əyalətinin El-Hilla şəhərində baş verib. Hökümət orqanlarından verilən xəbərə görə hakim final fitini çalandan dərhal sonra futbol meydaçasına yaxın yerdə saxlanan minalanmış mikroavtobus partlayıb.

Terrorla bağlı hadisəni hələ ki, heç bir ekstremist qrup öz üzərinə götürməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir