35 MİLYONLUQ GÜNEYLİ QARDAŞLARIMIZA!
Ey Vətən! Ey pəriyi-vicdanım!
…Səni sevmək deyilmi imanım?
Məhəmməd Hadi
Vətən Savaşını veririk. Ruslar 1812-ci ildə Borodinoda Napaleon Fransasına, Türkiyə yeddi duvelə qarşı Çanakkalede nə yapmışsa biz də Qarabağda eynisini yapırıq. Erməni-rus birləşmələrinin işğal etdiyi doğma torpaqlarımızı azad etmək üçün illərlə yığılıb qalmış enerjimiz Xalq Dəyənəyinə dönüb mənfur düşmənin başını əzir. Vətənpərvərlik duyğularımız uşağından tutmuş yaşlısınadək hər kəsi birər fədaiyə dönüşdürüb. Azərbaycan əsgəri qanıyla, canıyla şanlı bir tarix yazmaqdadır. Düşmən vahimə içərisindədir.Vaxtilə dinc əhalimizə ən qəddar vasitələrlə divam tutan Ermənistan diktorundan titmuş keşişinədək Allaha üz tutub dua edirlər. Amma unutduqları bir şey var -hesab dönər sap dönər. Hesab günüdür. Vətəni qorumaq imandandır. Yaradan Haqqın tərəfindədir. Zərurətlər Allahlarda mübahisə etmir. Türkiyə qürur verir dik duruşuyla, hər cür dəstəyiylə doğma qardaşı Azərbaycana. Türkiyə Cümhuriyyəti, bütün Türk medya və tv-ləri ən üst düzeydə Azərbaycanın haqlı davasını həm dövlət həm də incə xalq diplomatisiylə necə var savunur. Beynəlxalq aləm belə artıq bu diqtəyə uymaqdadır.
Fəqət coğarafiyamızda bizə qonşu olan İran İslam Respublikası bütün vasitələrlə Ermənistanın yanındadır, düşməni silah sursat sarıdan təmin etmək üçün qapılarını taybatay açmaqdadır. İslam, ümmət, din qardaşlığı hamısı bir yalanmış. İranda 35 milyon Azərbaycan Türkü bu xəyanətə əsla dözməməlidirlər. Qarabağ – Şuşa, Xankəndi , Laçın, Kəlbəcər həm də onlarındır, Təbriz, Ürmiyə, Meşkin, Ərdəbil, Xoy bizim olduğu kimi. İran sərhədlərindən düşmənə daşınan hər hansı bir yardım erməni qurşununa dönüb bir can qardaşınızı əlimidən alacaq. Buna əsla, imkan verməyin! Saz, söz, şeir zamanı deyi! Elliklə bir olub sərhəd məntəqlərinin önünü kəsib, bizi arxadan vuran fars-molla rejiminin çirkin planınını qarşısını almaq lazımdır.
Çar Rusiyası bizi iki yerə böldükdən sonra belə xalqımız bir olmuşdur xəyallarında bir gün qovuşacağı günü həsrətiini yaşatmışdır. İranda Məşrutə hərəkatı baş verdiyində Azərbaycanın quzeyi milyonçu H.Z. Tağıyevdən tutmuş inqilabçı demokrat M.Ə.Rəsulzadəsinədək bütün çabalarıyla güneyli qardaşlarımızın yanında olmuşlar. Və yenə də bu qarşılıqlı qardaş birliyi, Vətən savaşı güneydəki soydaşlarımızı ən zəruri addımlar atmağa sövq etməlidir. Düşmənin qanını axıdan Azərbaycan Ordusunun arxasına xəyanət xəncərini saplayıb düşmənə qan verən İran İslam dövlətinin önünə sipər olmalıdırlar. Bu gün tezdir, sabah gec biəsiniz, əziz soydaşlarımız! Zaman indiki zamandır!
Qarabağda verilən Vətən savaşının zəfərlərə vəsilə omağın tək Yolu budur!
Gün gəlir İranda əsarət zəncirlərini qırmaq adına birgə Bütöv Azərbaycan Savaşını mütləq verəcəyik!
Bu kutsal Məfkurəmizin bir Yolu da QRABAĞDAN keçir bu gün!
Düşməni öz ölkənizdə dayandırın, bütün çirkin planlarını məhv edin!
Məhəmməd İsrafiloğlu