Biryulovda 4 nəfərin qətli


Biryulovda 4 nəfərin qətli
Yenə Biryulov. Yenə Yakunin.

Bu gün Moskvanın cənubunda 4 nəfərin qətli ilə nəticələnən cinayət qeydə alınıb. Biryulovada Lipetsk küçəsi ev 4 ünvanında mənzillərin birində üzərində zor işlədilərək öldürülən 2 nəfərin meyidi tapılıb. Daha 2 nəfərin meyidi də qonşu mənzildə aşkar edilib.

Qətlin törədildiyi yerə RF DİN Baş idarəsinin rəisi Anatoliy Yakunin də gəlib.

Polis əməkdaşları rezonansa səbəb olan qətl yerində araşdırma aparır, situasiyanı müəyyənləşdirirlər.

Hüquq-mühafizə orqanlarına çağırış yaşayan sakinlərdən daxil olub. Onlar pilləkəndə qana boyanmış qız cəsədinin olduğunu bildiriblər. Hadisə yerinə gələn əməliyyatçılar mənzilin pilləkənə çıxan qapısının açıq olduğunu görüblər. İçəridə daha 2 kişi də bir yaşlı qadın cəsədləri aşkar olunub. Qətlin səbəbi hələ müəyyən edilməyib.

Qonşular hüquq mühafizə orqanı əməkdaşlarına söyləyiblər ki, ölü tapılan kişilər səs-küylü yaşam tərzi keçirir, hər zaman qonaq qəbul edirlərmiş.

Xatırladaq ki, Biryulov paytaxtın kriminal rayonlarından biri sayılır və burada belə qətllərin baş verməsi adi hal kimi qarşılanır. Baxmayaraq ki, Orxan Zeynalovun ayağına yazılan qətl zamanı ona reaksiya başqa olmuşdu. 4 nəfərin qətli ilə bitən bu hadisə isə rezonans doğursa da, kütləvi ixtişaş doğuracaq “gücdə”” deyil…

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir