Həbi qeydiyyatdan yayınan RF pasportu alan miqrantların vətəndaşlığının ləğv ediləcəyi haqqında qanun gözlənilir.


Hardan gəlibsinizsə, ora …

Rusiya Dövlət Duması hərbi qeydiyyata düşməkdən yayınan miqrantların RF vətəndaşlığını ləğv edən qanuna baxacaq.

Dövlət Dumasının regional siyasət komitəsi başçısının müavini Mixail Matveyev məlumat verib ki, gələn həftə parlamentin aşağı palatasında hərbi qeydiyyata düşmədiyi təqdirdə RF vətəndaşlığının ləğv edilməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.

Avqustun əvvəlində deputat bildirmişdi ki, yeni vətəndaşlığa qəbul edilən rusiyalılar qanunla müəyyən müddətdə hərbi qeydiyyata düşməlidirlər. Qanunun bu tələbinə əməl olunmadığı ı təqdirdə “vətəndaş olmayan” ölkədən çıxarılıb “haradan gəlibsə ora” göndəriləcək – deyib Matveyev. O, onu da əlavə edib ki, belə olan surətdə “həmin şəxsin ailə üzvlərinin də vətəndaşlığı əlindən alınacaq”.

Deputat qanun layihəsinin artıq hazır olduğunu və gələn həftə Dövlət Dumasına çıxarılacağını elan edib.

Yenises.ru


Bir cavab yazın