Kreml Əliyevin Sankt-Peterburqa səfərinin ləğvini başa düşür.


Kreml Azərbaycan Prezidenti İlham Əliyevin sıx iş qrafiki səbəbindən Sankt-Peterburqda keçiriləcək MDB sammitində iştirak edə bilməməsini başa düşür. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, biz tamamilə başa düşürük. Həqiqətən də, dövlət başçılarının çox sıx qrafikləri var, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində”, – deyə o, Kremlin Əliyevin Sankt-Peterburqda keçiriləcək sammitdə iştirak edə bilməməsindən təəccüblənib-təəccüblənməməsi ilə bağlı suala cavab olaraq bildirib.