Kreml Putinin xəstəliyi fonunda son aylarda onun birinci xarici səfəri haqqında məlumat verib


Kreml Putinin xəstəliyi fonunda  son aylarda onun birinci   xarici səfəri haqqında  məlumat verib
Rusiya prezidenti Vladimir Putin dekabrın 3-də Türkiyəyə (İstanbula) Rusiya-Türkiyə ali əməkdaşlıq şurasının üçüncü iclasında iştirak etmək üçün işguzar səfər edəcək. Bu haqda Kremldən məlumat verilib.

Bu, son iki ayda Rusiya prezidentinin xaricə birinci səfəridir. Prezidentin bir müddət görünməməsinin səbəbini KİV onun səhhəti ilə bağlayıb. Bu ərəfədə Reuters agnetliyinə müsahibə verən Belorusiya prezidenti Alseksandr Lukaşenko Putinin dzudo ilə məşğul olarkən onurğa sümüyünü zədələdiyini deyib.

Oktyabrın 7-də 60 illiyini bayram edən Putinin səhhətində problem olduğu haqqında ilk dəfə Reuters agentliyi hökümətdən olan üç mənbədən aldığı məlumata əsasən oktyabrın 26-da xəbər vermişdi. Agentliyin sözçüsünün fikrincə, mənbələrdən biri onun cərrahi əməliyyat olacağını belə söyləyib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov onda bu xəbəri təkzib etmişdi.

Elə o zaman KİV Putinin bir sıra xarici səfərlərini təxirə saldığını qeyd etmişdi. Reuters agentliyi Putinin planda tutulmuş Pakistan və Əfqanıstan, həmçinin Türkiyə səfərləri haqqında yazmışdı. Türkiyə səfəri dekabrın 3-də baş tutacaq və Rusiya prezidenti Putin baş nazir Ərdoğanla görüşəcək.

Ayla Azeri
/Yenises.ru/


Bir cavab yazın