Məmməd İsmayılın özü də şeiri kimiydi


(Böyük şaitr Məmməd İsmayılın xattirəsinə)

Bu yazı-statusum keçən günlər silsiləsindəndir, Şair Məmməd İsmayıl boylanır ” Savalanda yatan igid” şeirindən. Əsl şairlər sözüylə hər zaman diridirlər. Bu öldükdən sonra yaşanan ikinci ömürdür, yaxşıyla anılmaq, heç səni şəxsən tanımayan oxucunun yaddaşında, qəlbində yaşamaq. Halbuki günümüzdə nə ölənlər var ki, ünvanlarına deyilənlər Quranda əbu ləhəbə oxunan lənətləri geridə qoyur. Bizə bidat bir fikir aşılayırlar, giya ki ölünün arxasınca danışmazlar. Bəs onda Quran nədəndir 1400 ildir ki, ölüb getmiş fironları, peyğımbərin əmisi əbu ləhəb və arvadını cəhənnəm artəşiylə lənətləyir? Məncə həyatda dərin  izlər qoymuş gözəl ölülərin arxasınca danışmaq günahdır.

  Mən Məmməd İsmayılla müxtəlif zamanlarda Bakıda və təsadüfən İstanbulda qarşılaşmışam, maraqlı söhbətlərimiz olub, onu böyük bir məftunluqla dinləmişəm. Özü də elə şeirləri kimiydi, zahiri görünüşü olduqca ciiddi, əzəmətli amma köksündə zərif şair ürəyi çırpınırdı..  

Mən 3-cü sinifdə oxuyarkən Rəhmətlik Məmməd dayımgildə  hərbi xidmət illərində dayımla çəkdirdiyi  bir şəkilinə rastlamışdım, Dayım Məmməd İsmayılı göstərərək demişdi ki: – Bu Tovuzlu Məmməd, güləşçi Məmməddir   hərbi hissədə hamının kürəyini yerə vururdu, çox mərd, canlara dəyən bir oğul idi. Sonradan şair kimi məşhurlaşanda həmişə o fotoşəkil canlanardı gözlərim önündə. Tanrı ruhunu şad, məkanını cənnət etsin!

Son vaxtlar heç özüm də bilmirəm nədəndir,  gənclik illərimə işıq tutan nə varsa  qopub gəlir yaddaşımdan bu günümə. Bəlkə də qürbətzadəliyimdən doğan bir hissdir.  Sabir Rüstəmxanlının “ Ömür kitabı”, Rüstəm Behrudinin “ Salam dar ağacı” kitabı, Məmməd İsmayılın şeirləri  bizim  gəncliyin  milli yaddaşına necə var  ayna tutdu. Ruhumuza sədd çəkən buxovlar, qan yaddaşımızın  durbinin uzaq göstərən tərəfiylə mürəkkəbləşdirilmiş dumanı, sisi adını çəkdiyim şairlərin şeirləri sayəsində aydınlandı bizə.  Şair o zaman sevilir ki onun yazdıqları oxucunun qəlbində yatanlara tərcüman olur.

Məmməd İsmayılın “ Savalanda yatan igid” şeirini gəncliyimdə ilk oxuduğumda  çox dərin həyəcanlanmışdım. Xüsusilə Anası ayrılıq çağında oğluna dedi ki… başlığından doğan tariximizdən gələn  o səsə, haraya diksinmişdim…

SAVALANDA YATAN İGİD

Anası ayrılıq çağında oğluna dedi: ”Orda, Savalan dağının başında yuxuya gedəcəksən, atın da keşiyində durub səni qurtdan, quşdan qoruyacaq. O vaxt oyanacaqsan ki, qılıncın qınından sıyrılıb dəstəyi də sənə tərəf,-deməli qısas vədəsi çatıb”. İğid Savalanda hələ də yatır, on ildən bir oyanıb yenə yatır, atı da yanında gözləyir ki, vaxt-vədə çatsın, iğid oyansın…

 Bu əfsanənin yaşı neçədir? Bir əsirmi, onbir əsirmi? Bəlkə daha çox. Onu oxuduqca başı bəlalı xalqımızın başına gələcəkləri öncə görməsinə heyrət etməmək olmur. Başına gələcəkləri bir yerə yox, beş yerə parçalanacağını hardan bilirdi ki, mənim əzabkeş xalqım, qisasını alacaq igidini Babadağın, Şahdağın, Dəlidağın başında yox, ikiyə parçalanacaq Azərbaycanın Güneyle Quzey sərhəddində Savalanda yuxuya vermişdi? Yoxsa, gələcək faciələr gözəgörünməz ağacdələnlər kimi uzaq yarınların uzaqlığından bizə xəbərlər gətirir, qapımızı döyür,- oyanın deyir, biz eşitmirik .. Oyandıqmı? Oyanrıqmı?

Orda, Savalanda bir iğid yatır,
 Hәlә ki, uyuyur qılıncı qında.
Hәlә ki, yanında gözlәyir atı,
Hәlә ki, arzusu yol ayrıcında.

 Qınından sıyrılar o qılınc haçan?
On ildә, beş ildә, bir ildә bilmir.
O ölmüş qeyrәti bu zamanacan
 Dirilik suyu da dirildә bilmir.

 Sabaha sәslәyir zamanı yollar,
 Yollar gah ayrılıb, gah calanıbdır.
Girib nağıllarda yatır oğullar,
Bir Vәtәn ikiyә parçalanıbdır.

 Oyanmaq çağıdır, oyan, ey yatan,
Gör kimlәr dünyanı dördәlli tutub.
Gör niyә nağıllar uydurub atan,
– Arzunun yerini tәsәlli tutub.

Nә qәdәr yatana qoşulub yatım,
 Yorulub yollarda qalan köçümsәn.
Sәn mәnim sabaha son ehtiyatım,
 Qeyrәt damarımda yatan gücümsәn.

Tutubsa dağları dumanlar, çәnlәr
Qopar tufan yәqin, yağar qar yәqin.
 Bir zaman qılıncla ayrı düşәnlәr
Qayıdıb qılıncla qovuşar yәqin.

 Özgә cür bilirәm әl üzmәz ancaq
Namәrd әmәlindәn, vaxt axınından.
 İkiyә bölünmüş qındı bu torpaq,
Araz qılıncını sıyır qınından.

Oyan, qalx nә belә qara batmısan,
 Qoy duysun harınlar od nәfәsini.
Ay zalım, gör gedib harda yatmısan
Әsәb nöqtәsindә Yer kürәsinin.

Bu yatmaq nә vaxtın yatmağıdır ki,
Zamanın günorta çağı gәlibdir.
 Oyan, elin-günün göz dağıdır ki,
 Öz yuxun özünә yağı gәlibdir.

Oyanıb yola düş yol ayrıcından
Dәrdin anaları üzüb, әridir.
Oyan, vaxt sıyırıb qılıncı qından,
Gümüş dәstәyinin üzü bәridir.

Dünya dağlarında yatır iğidlәr
 Gözlәyә-gözlәyә öz zamanını.
Oyan, onları da oyat bu sәhәr,
Bu ağ yalanların garalt qanını.

 Kimi gözlәyirsәn, ay atam oğlu,
Gözlәyib fürsәti fövtә verәrsәn,
Gözlәyib qoyunu qurda verәrsәn.
Di yatma, dur gәl.

 Ümüd qıranların belini qır gәl.
Min yel atına,
Arazı qınından çәkib sıyır gәl:
 Cәnublar, Şimallәr bir ola bәlkә,
 Ayrılan mahallәr bir ola bәlkә,
Mәqsәdlәr, amallar bir ola bәlkә!

Məhəmməd İSRAFİLOĞLU, Almaniya