Minskdə “MDB ölkələrinin dil siyasəti” III Beynəlxalq Konqressi keçirildi


Belarusun paytaxtı Minsk şəhərində  27-29 noyabr 2023-cü il tarxilərində  baş tutan  “MDB ölkələrinin dil siyasəti” III  Beynəlxalq Konqressində “rus dilinin” postsovet məkanında millətlərarası ortaq ünsiyyət vasitəsi  olması ilə yanaşı,  yeni şəraitdə Birlik ölkələrində dil vəziyyətinin uyğunlaşdırılması yolları, rus dilinin  funksional potensialı, bu və ya digər  sahələrə  nüfuzu və rolu  müzakirə masasına daşındı.

Minskdə (Belarus Respublikası) Moskva Dövlət Linqvistika Universitetinin Rusiya Beynəlxalq Əməkdaşlıq təşkilatı agentliyi (Rossotrudniçestvo) ilə birgə Minsk Dövlət Linqivistika Universiteti bazasında  keçirilən  “MDB ölkələrinin dil siyasəti” III Beynəlxalq Konqressində əsas vurğu ünsiyyət  vasitəsi olan dilin həm də  dostluq və əməkdaşlıq, sosial-siyasi münasibətlərin yaxşılaşamasına xidmət edən mexanizm olduğu istiqamətində köklənmişdi.

III Beynəlxalq Konqressin açılış mərasimində  çıxış edən Minsk Dövlət Linqvistika Universitetnin rektoru Natalya Lapteva əvvəlcə yüksək statuslu qonaqları və  bütün iştirakçıları salamladı. Sonra o, həmkarı-Moskva  Dövlət Linqvistika Universiteinin rektoru İrina  Krayeva ilə birgə  universitetlərarası əməkdaşlıq çərçivəsində həyata keçirilən beynəlxalq tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu  dilə gətirdi. Bu layihənin təşkilatçılarına minnətdarlıqla Konqressə  işində başarılar dilədi.

 İrina Krayeva da öz növbəsində beloruslu həmkarına təşəkkür edərək, Moskva DLU-nun  sayca 3-cü konqressi olan bu tədbirin  MDB ölkələri xalqlarının qismən qopmuş bağlarının yenidən bərpa olunmasında təkanverici rol oynadığından danışdı. MDLU nəzdində fəaliyyət göstərən   müxtəlif millətlərin dil və mədəniyyət mərkəzlərinin səyinin nəticəsi olaraq bu gün beynəlmiləl  bir ailə  birliyinin nümayişi olan tədbirin buna əyani sübut olduğunu qürurla vurğuladı.  

 “Rossotrudniçestvo”nın Belorusdakı rəhbəri Yuriy Makuşin,  Rusiyanın Minskdə MDB-nin nizamnaməsi və digər orqanları ilə əlaqədar  daimi nümayəndəsi Andrey Qrozov,  eləcə də  MDB ölkələrinin Belarusdakı diplomatik korpusunun, Özbəkistan, Qirğızıstan, Qazaxıstandan olan rəsmi nümayəndələri tədbirin əhəmiyyətindən bəhs edərək, belə görüşlərin səmərəliliyini  qeyd etdilər.

Azərbaycan nümayəndə heyəti adından Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənov çıxış edərək, dipolmatik korpus adından  Konqressə və  iştirakçılara işlərində uğur dilədi.

Sonra  Konqress 5 bölmədə 5 mövzunu əhatə edən ayrı-ayrı plenar iclaslarla  işinə  başladı.

Konqress çərçivəsndə  keçirilən dəyirmi masalarda    “Çoxdillilik, multikulturalizm və multikonfessionalizm birliyin humanist əsası kimi”, “Yeni şəraitdə birlik ölkələrində dil vəziyyətinin uyğunlaşdırılması yolları”,“Yeni nəsillərdə millətlərarası dialoqun formalaşmasında ictimai təşkilatlar”, “Müxtəlif regionlarda etnomədəni linqvistik vəziyyət və MDB ölkələri xalqlarının müasir dialoqunda və mədəniyyətlərində dinamik transformasiyalar”, “MDB ölkələrinin ümumi rəqəmsal məkanı: diapazon və imkanlar”  mövusunda  hesabatlar dinlənildi, mövzular ətrafında müzakirələr və disskusiyalar  aparılıb, rəy və təkliflər irəli sürüldü.

Azərbaycanı təmsil edənlərdən- Moskva Dövlət Linqvistika Universitet “Azərbaycan dili və mədəniyyəti” mərkəzinin rəhbəri, filologiya elləri namizədi, dosent Leylaxanım İsmayılova Azərbaycanda yaşayan etnik azlıqların dilinə, dininə münasibətdən, onların tarixi,  mədəni-ədəbi irsinin qorunub saxlanmasından,  dövlətimziin bu istiqamətdəki siyasətindən söz açaraq, fikrinin  əyani sübut olaraq  slayd- şounun müşaiyəti ilə  dini abidələri, kompleksləri göstərib, onların yaranma  tarxindən danışıb,  tək-tək izah etməsi maraqla qarşılandı.

Bakı Slavyan Universitetinin “Rus ədəbiyyatı tarixi  kafedrası”nın dosenti, filologiya elmləri doktoru Kəmalə Umudova isə çıxışında rus dilinin təkcə postsovet məkanı respublikalarını həyatın,  ədəbiyyatın, dilçiliyin müəyyən sahələrində bir araya gətirən dil olmasından ziyadə, bu dil ailəsinə yenilərinin də qazandırılmasına  misal  olaraq Türkiyəni göstərdi.  Dostoyevski, Tolstoy yaradıcılığına maraq və onların tərcüməsi bu dilin məhz tərcümə sahəsində qarşılıqlı mübadilə mexanizmi kimi fəaliyyət  dairəsini genişləndirdiyinə diqqət çəkdi. Bu sahəyə-təkcə rus dilini nəzərə alaraq  birtərəfli deyil, çoxtərəfli-qarşılıqlı yanaşmanın daha bəhrəli olacağını vurğuladı.  Onun çıxışını dəyirmi masa iştirakçıları alqışla qarşıladılar.

Rus sinxron tərcüməçisi, poliqlot, Qazaxıstan Humanitar və Hüquqşünaslıq  Universitetinin  professoru Dmitri Popov Kəmalə Umudovanın mövzusunu davam etdirərək, bu günkü dünya artıq bilinqvizm – iki dildə doğma ana dilində danışan insanlar olan dünyadan daha irəlisinə gedib –dedi. Və ədəbiyyat, jurnalistika sahəsində uğurlu olmaq istəyirsənsə, 5-6 dildə sərbəst bilməyin şərtdir-deyə dil ailəsinə yeni dillərin əlavə olunmasının vacibliyini qeyd etdi.

Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev Azərbaycanda rus dilinin bu gün də məktəblərdə geniş tədrisindən, çoxsaylı rusdilli məktəb və universitetlərdə yüzminlərlə azərbaycanlının bu dildə təhsil aldığından, ən böyük rus icmasının məhz ölkəmizdə olmasından söz açdı.

Konqressin plenar iclasında məruzəçi kimi çıxış edən Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Flora Naci “Azərbaycanda rusdilli mətbuatı: tarix və müasirlik” mövzusunda  Azərbaycanda nəşr olunan rusdilli mətbu orqanlarının tarixindən danışaraq, bu gün də fəaliyyətini davam etdirən  jurnal və qəzetlər, eləcə də televiziya proqramları haqqında  geniş  məruzə etdi. Bundan əlavə Flora Naci digər bölmələrdə də müzakirələrdə fəal  iştirakı, əsasən də tarixi adların etimologiyası mövzusunda yaranan mübahisəli məqamlara aydınlıq gətirməsi ilə diqqətləri üzərinə çəkdi.

Yenises.ru informasiya portalının baş redaktoru, Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun nümayəndəsi jurnalist Tünzalə Vəliqızının Konqressdəki çıxışının mövzusu isə “Kütləvi informasiya vasitələrinin dili və onun millətlərarası münasibətlərdə rolu” ilə bağlı idi.

Onu da qeyd edək ki,  Konqressdə  Rusiya və Belarus da  daxil olmaqla  8 MDB (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Tacikistan, Ermənistan)  ölkəsindən 100 nəfərdən artıq nümayəndə iştirak edirdi.

Konqressdə yekun olaraq “MDB ölkələrinin dil siyasəti”ndə yeni perspektivlər və təkliflər dinlənildikdən  sonra  MDB ölkələrinin nümayəndələri Rusiya Tərcüməçilərinin Beynəlxalq Assosiasiyasının yaradılması və Birlik Ölkələri Tərcüməçilər (və Nəşriyyatçılar) İttifaqının fəaliyyətinin canlandırılması barədə razılığa gəldilər. Qərar  “MDB ölkələrinin dil siyasəti” III Beynəlxalq Konqressində qəbul edildi.

İştirakçıların razılığı ilə hazırlanan qətnamədə  linqvistik qarşılıqlı fəaliyyət, o cümlədən rus dilindəki əsərlərin MDB xalqlarının milli dillərinə və əksinə tərcüməsi üzrə birgə iş istiqamətlərini işləyib hazırlanmasını təsbit edilib. Həmçinin postsovet məkanında müəllimlər üçün ixtisasartırma kursları sisteminin inkişafı, həm rus, həm də digər dillərdə gənclər üçün layihələr, olimpiadalar, müsabiqələr, festivallar, açıq dərslər, mühazirələr, mövzu gecələrinin keçirilməsi, habelə linqvistik və mədəni lüğətlərin yaradılması qətnamədə yer alıb.

Tünzalə Vəliqızı,
Moskva-Minsk-Moskva
02.12.2023


Bir cavab yazın