Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)


Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Dünən Moskva Ədəbiyyatçılar Evinin böyük zalında tanınmış şəqrşünas alim, türkoloq, Azərbaycan yazıçılar birliyi Moskva bölməsinin rəhbəri Tofik Məliklinin 70 illik yubileyi ilə baglı təntənəli gecə keçirildi.

Rusiya və Azərbaycan ədəbi- mədəni və ictimai birliklərinin nümayəndələrinin qatılıdgı təbdir Tofik Məliklinin həyat və yaradıcılığının bir qismini öz diliylə anlatdığı filmin nümayişi ilə başlandı. Elə buradan yol alan gecədə Tofik Məlikli ürəyindən qor alıb yanan ”Ocaq” ətrafında, onun keçdiyi ömür yolunun hesabatı dinləndi.

“Qaralamazsız yaşanan ömür” kitabında geriyə boylanıb baxanda qaralamadan və qaralanmadan 70 illik bir zamana imza atan türkoloq alimlə bağlı çıxışlar oldu.
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)

Yubileydə ilk təbrik nitqi ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu danışdı. Səfir, Tofik Məliklinin 1990-cı illərdə SSRİ imperiyasının törətdiyi Bakı qətliamına qarşı Moskvada hər kəsi bir araya toplayaraq Azərbaycanın haqq savaşı uğrunda mübarizəsinə toxunaraq “Rusiyada diplomatik fəaliyyətə başladığım gündən yaxından tanimağa müvəffəq olduğum Tofik müəllim haqqında sadəcə bunu demək yetər. Sevinirəm ki Rusiyada Azərbaycanı tanıdan, təmsil edən Tpfik Məlikli kimi ziaylı yaşayır. Keşkə, Azərbaycan üçün belə yanan, onu belə sevdirən insanlarımız çox olaydı”-dedi. Polad Bülbüloglu Tofik müəllimin davamçıları olacaq gənclər yetişdirib, ondan örnək alanların sıralanacağına ümidvar olduğunu əlavə etid. O, diplomatik korpusin bütün nümayəndələri adından və şəxsən öz adından yubliyara can sağlığı, üzün ömür dilədi.
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)

Hiss verdi, his vermədi. Istisiylə isinidirdi, tüstüsüylə “Ocağ”ımıza yad baxan gözləri yaşartmaq missiyasını yerinə yetirən cəmiyyət sədri haqqında Azərbaycan Yazışılar Birliyinin katibi tanınmış yazıçı Çingiz Abdullayev isə bunları xatırlatdı.

“17-ci ildən bəri bizə allahsiz olmagı öyrətdilər, SSRİ-dən qopanda isə vicdansız olmağı. Allahsız və vicdansızlıqla yaşanan illərdə Tofik müəllim atılan o daşları topladı”. Tofik Məlikli şəxsiyyətinə bu baxış prizmasından baxan yazıcı Azərbaycanın xalq yazıçılarının da təbrik dolu ismarıcını ona çatdırdı.

Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)

Rusiya Yazıçılar birliyindən “Moskovskiy literator” qazetinin baş redaktoru İvan Qolubniçiy Rusiya-Azərbaycan ədəbiyyatı vasitəsiylə xalqlarımız arasında tarixi ədəbi-mədəni əlaqələri qoruyub saxlamaqda əsl vətənpərvər kimi çıxış edən Tofik müəllimə minnətdarlıqla onun S. Yesenin adına “Zolotaya Osen” (“Qızıl Payız”) ordeninə layiq görüldüyünü bildirib, hədiyyəni təqdim etdi.

Qazaxıstan diasporunun rəhbəri Polad Camalov Tofik müəllimlə bağlı fikirlərini söyləyərək, “məmurlar açıq sözlü, cəsarətli adamları sevməzlər”- dedi. Bununla ədəbi-elmi və ictimai mühitdə bir əsgır kimi savaşdığına eyham etdi. O, Tofik Məlikliyə hədiiyə kimi Qazaxıstanın milli paltarını geydirdi.

Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)

“Ocaq” cəmiyyəti idarə heyətinin üzvləri adından isə rəhbərlərinə “Tofik Məliklinin “nöqsanları” mövzusunda olan yumoristik şeri İlham Bədəlbəyli oxudu. Onun uzun boyuna, 70 yaşı olsa da ağarmayan saçlarına “-əslində olmayan saçlarına- və digər keyfiyyətlərinə işarə ilə əslində bu insanda olan müsbətləri anlatdı. Və ona Azərbaycan kişisinin simvolu olan buxara papaq hədiyyə etdilər. Tofik Məlikli bu isti münasibətdən gözü yaşayaraq “belə bir papaq arzusunda olduğunu”-da bildirdi. “İndi oldum, sultan”.-deyə o da yumorundan qalmadı.

Bu hədiyyədən sonra Tofik müəllimin başındakı papagna işarə ilə “Dərviş” teatrinin akrtisası olan aparıcı : “Belə Sultan bəy mənə evlənmək təklif eləsə, etiraz etməzdim”-dedi.

“Gecənin sultanı”nı daha sonra Diaspora ilə iş üzrə dovlət komitəsinin yetkilisi Rizvan Əliyev təbrik edərək Komitə sədri Nazim İbrahimovun təbrikini və nəfis işlənmiş kiçik xalçanı, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Mikayıl Hüseynov isə canıyanan ziyalıya Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun Tofik Məliklinin yağlı boya ilə işlənmiş portretini hədiyyə verdi.

Gecə Bakıdan gələn musiqili qonaqların istisiylə daha da alovlandı. Azərbaycanın Əməkdar artisti Lalə Məmmədovanın, mügənni Fuad Dadaşovun, “Xalq ulduzu” musiqi müsabiqəsinin laureatı Xəyalə Qafarzadənin ifaları alqışqla qarşılandı. V Ümumrusiya istedadlar və gözəllik müsabiqəsinin laureatı 12 yaşlı Nigar Zakirovanın skripkada Azərbaycan mahnılarını ifa etməsi, Moskvadakı 157 saylı Azərbaycan məktəbinin şagirdlərinin Tofik Məliklinin şeirlərinindən hazırladığı kompozisiya, Moskva Dövlət Linqvistika Universitetinin tələbələrinin doğma dilimizdə müəllimlərini şeir və mahnı ifaları ilə təbriki də gecənin yadda qalan anlarından idi.

Gecədə Moskva höküməti sosial- siyasət məsələləri üzrə paytaxt merinin birinici müavini Lyudmila Şvetsovanın, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təbrik teleqramları oxundu.

Yubiley gecəsi Rusiyadakı Azərbaycan “Dərviş” teatrının Tofik Məliklinin şeirləri əsasında hazırlanmış kompozisiyası və yubilyarın bu gözəl gecəni təşkil edən, ona unudulmaz anlar yaşadan hər kəsə minnətdarlığı ilə başa çatdı.

Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/

Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)
Moskvada şərqşünas alim Tofik Məliklinin 70 illik yubileyi keçirildi (FOTO)


Bir cavab yazın