Qırğızıstan Tacikistan sərhddində hərbi hissələr arasında atışta
Qırğızıstan tərəfinin bildirdiyinə görə münaqişə bilərəkdən başladılıb.
Cümə axşamı Qırğızıstan və Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurma baş verib. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətindən məlumat verilib.
“Batken vilayətinin (Qırğızıstan) Golovnaya Batken bölgəsində vəziyyət daha da pisləşdi. Tacikistan tərəfi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində qəsdən münaqişə yaradıb və vəziyyəti daha da gərginləşdirməyə davam edir. Tərəflərin hərbi hissələri arasında atışma başlayıbş İlkin məlumatlara görə, Tacikistan tərəf minaatan heyətinin mövqelərini müəyyənləşdirir “, – məlumatda deyilir.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə Tacikistanla sərhəddə baş verən münaqişə zamanı yaralanan Qırğızıstan vətəndaşlarının sayı 20 nəfərdən çoxdur. “Hal-hazırda Batken vilayətinin regional xəstəxanasına yeddi yaralı daxil olub, ikisinin vəziyyəti ağırdır .
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, mülki şəxslər evakuasiya edilib və daha 15 yaralının gətirilməsi gözlənilir ” deyə bildirilir.
İki dövlətin sərhədində – Tacikistanın və eyni zamanda Qırğızıstanın öz ərazisi hesab etdiyi Golovnoy su paylama məntəqəsi ərazisində yerli sakinlər arasında qarşıdurma yaranıb. Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, vəziyyət daha da pisləşib və hazırda “gərgindir”. Qırğızıstanda bu faktla bağlı məhkəməyə qədər istintaq başladılıb. Respublika Tacikistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrini və sərhədçilərini su nabarını zəbt etmək üçün minaatan və pulemyotlardan istifadə etməkdə günahlandırır.
Yenises.ru