Rusiyada “McDonalds”ın məmulatlarının qadağan ediləcəyi gözlənilir


Rusiyada  “McDonalds”ın  məmulatlarının qadağan ediləcəyi gözlənilir
Yoxsa Rusiya dolayısı ilə Amerikanın ona qarşı yönləndirdiyi sanksiyalara hələ kiçik qadağalarla cavab vermək istəyir.

Rusiya istehkakşıların hüququnu qoruma sferasına nəzarət xidməti (Rospotrebnadzor) McDonalds-ın bir neçə burgerinin istehsalının qadağan edilməsini tələb edir.

Rospotrebnadzorun Novqorod vilayəti üzrə idarəsi isrehlakçıların hüququnu qorumaq üçün Moskvanın Tver rayon məhkəməsinə bu barədə şikayət göndərib. Şikayətdə “McDonalds”ın bir sıra burgerlərinin qadağan olunması tələb edilir. Səbəb kimi isə həmin məmulatların tərkibində olan piy, protein, karbonhidratların enerji dəyər göstəricilərinin texnoloji normalardan hədsiz yayındığı göstərilir.

Rospotrebnadzorun məhkəməyə şikayət etməsi 2014-cü ilin mayında planlı yoxlama zamanı Böyük Novqorodun restoran şəbəkəsində mövcud qanun pozuntusunun aşkar edilməsi ilə əsaslandırılır. İdarə şikayətində çizburger, royal-çizburger, file-o-fiş, çikenburger, gilemeyvəli dondurma və südlü kokteylin qadağan olunmasını tələb edir.

Rospotrebnadzorla McDonalds qarşı şikayətinin məhkəməyə hazırlıq dinlənməsi avqustda olacaq.

/Yenises.ru/


Bir cavab yazın