Sankt-Peterburqda “ÇINAR”ın yubileyi qeyd edilib
Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində, bu şəhərdə fəaliyyət göstərən “Çinar” rəqs ansamblının 25 illik yubiley-konserti kecirilib.
![](http://yenises.ru/wp-content/uploads/2023/03/PHOTO-2023-03-24-07-31-11-1024x576.jpg)
Məlumat üçün bildirək ki, eyniadlı mədəniyyət mərkəzinin nəzdində yerləşən “Çinar” rəqs ansamblı 1998-ci ildən fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri Xeyransa Mirzəyevanın təşəbbusu ilə yaradılan və fəaliyyət göstərən ansambl bu illər ərzində təkcə Sankt-Peterbuqda deyil, Pusiyanın digər şəhərlərində, hətta ölkə hududlarından kənarda da Azərbaycan musiqisinin və incəsənıtinin ən fəal təbligatcısı, yüzlərlə mükafatların sahibi, yarışmaların qalibi olub.
![](http://yenises.ru/wp-content/uploads/2023/03/PHOTO-2023-03-24-07-39-13-1024x770.jpg)
Peterburqun boyük konsert zallarından birində kecirilən yubiley – konsertdən öncə tamaşacilar Azərbaycan milli mədəniyyətini, adət-ənələrini əks etdirən sərgi ilə da tanış olublar.
Tədbirdə müxtəlif xalqların mədəniyyət qurumlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının üzvləri, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun nümayəndələri iştirak edib, çıxışlarında “Çinar” ailəsinə uğurlar arzulayıblar.
Hicran, Sankt-Peterburq şəhəri