«Sprut» serialının rejissoru Damiano Damiani vəfat edib
![]()
İtaliya serialı Sprut” –un yaradıcısı və rejissoru Damiano Daminai 90 yaşında Romada vəfat edib. Yaxınlarının bildridiyinə görə onun ölməsinə səbəb nəfəs çatışmamazlığı olub.
Domiani ilk filmini 1946-cı ildə çəkib. 1980-ci illərdə çəkdiyi “Sprut” filmi ilə dedektiv serial tarixinə öz imzasını atıb. İtalyanca “La Piovra” (“Sprut”) adlanan film SSRİ-də ən populyar serial olub. Sisilya mafiyası və ona qarşı mübarizədən bəhs edən serial 11 mart 1984-cü ildə ekranlara çıxıb və elə o gündən tamaşaçıları ekran başına bağlayıb.
Leyla
/Yenises.ru/
