TRT1-də “Sən Türkülərini söylə” proqramında “Ay Laçın” mahnısı belə təqdim olundu
“Dağlıq Qarabağ bölgəsindəki Laçın şəhərində yaşanan işgaldan yola çıxan “Laçın “ isimli əsər için….
Türkiyənin TRT1 dövlət televiziyasında “Sən Türkülərini söylə” müsiqi yarışmasına start verilib.
Münsiflər heyətində İsmayıl Altunsaray, Aysun Gültekin, Çengiz Özkan, Emre Yükselen ve Öykü Gürman oturduğu və aparıcısı Turgay Başyayın olduğu proqram dünən axşam yayımlanıb.
Proqramın birinci bölümündə ilk beş yarışmaçı türkülərini söyləyib. Birinci beşliyin arasında yarışmaçılardan biri “Laçın” adlı Azərbayvan xalq mahnısını ifa edib.
Bu yarşımaçını aparıcı Turğay Başyay “ Dağlıq Qarabağ bölgəsindəki Laçın şəhərində yaşanan işgaldan yola çıxan “Laçın “ isimli əsər üçün səhnə sırası Yozgatdan Veren Ayça”- deyə elan edib.
“Laçın” mahnısı ifa edilərkən münsiflər heyəti və tamaşaçılar onu böyük coşğu ilə qarşılayıblar. Ceren Ayçaya bu musiqi parçasını seçdiyi üçün ayrıça təşəkkür edən aparıcı “İki dövlət bir millətik, Azərbaycanlı Canlarımızı çox sevirik. 30 illik çəkilən dramın, hüznün ardından sonra bu əsərlər oxunurkən üzlər gülür”-sözlərini dilə gətirib.
Münsiflər heyətində yer alan Emre Yücelen isə “”Laçın” mahnısınin ilk notlarını eşidincə hamımızın tüklər biz-biz oldu”-deyə duyğulandıqlaırnı söyləyib.
Onu da qeyd edək ki, “Laçın” mahnısı ifa edilərkən fonda Azərbaycan bayrağı göstərilib. Və Ceren Ayça ilk beşin birincisi olub.
Yenises.ru