TRT1-də “Sən Türkülərini söylə” proqramında “Ay Laçın” mahnısı belə təqdim olundu


“Dağlıq Qarabağ bölgəsindəki Laçın şəhərində yaşanan işgaldan  yola çıxan “Laçın “ isimli  əsər için….

Türkiyənin TRT1  dövlət  televiziyasında “Sən Türkülərini söylə”  müsiqi yarışmasına start verilib.

Münsiflər heyətində  İsmayıl Altunsaray, Aysun Gültekin,  Çengiz Özkan, Emre Yükselen ve Öykü Gürman oturduğu və aparıcısı Turgay Başyayın olduğu proqram dünən axşam yayımlanıb.

Proqramın birinci bölümündə ilk beş yarışmaçı türkülərini söyləyib. Birinci beşliyin arasında  yarışmaçılardan biri   “Laçın” adlı Azərbayvan  xalq mahnısını  ifa edib.

Bu yarşımaçını  aparıcı Turğay Başyay  “ Dağlıq Qarabağ bölgəsindəki Laçın şəhərində yaşanan işgaldan  yola çıxan “Laçın “ isimli əsər üçün səhnə sırası  Yozgatdan Veren Ayça”- deyə  elan  edib.

“Laçın” mahnısı ifa edilərkən  münsiflər heyəti və tamaşaçılar  onu böyük coşğu ilə qarşılayıblar. Ceren Ayçaya bu musiqi parçasını seçdiyi üçün ayrıça təşəkkür edən  aparıcı “İki dövlət bir millətik, Azərbaycanlı Canlarımızı çox sevirik. 30 illik çəkilən dramın, hüznün ardından sonra bu əsərlər oxunurkən üzlər gülür”-sözlərini dilə gətirib.

Münsiflər heyətində yer alan Emre Yücelen isə “”Laçın” mahnısınin ilk notlarını eşidincə hamımızın tüklər biz-biz oldu”-deyə duyğulandıqlaırnı söyləyib.

Onu da  qeyd edək ki, “Laçın” mahnısı ifa edilərkən fonda Azərbaycan bayrağı göstərilib. Və Ceren Ayça ilk beşin birincisi olub.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir