“Xəzər-Lənkəran”ın Polşa bazarlığı və Yunis Hüseynovun yuxulu proqnozu
Avropa Liqasıda çıxış edən komandalarımız həmişəki kimi ikinci mərhələni aşa bilmədilər. Yalnız bu mövsum bəzi futbol başbilənlərimizin tapşırığı əsasında Avropadan kənarda qalan “Qarabağ” klubu iki il əvvəl gözəl oyun numayiş etdirərək qrupa düşməyə yaxın olmuşdu. Bu il komandalarımızdan yaxşı nəticələr gözləsək də onlara bəslənən umidlər hər dəfəki kimi puca çıxdı. İlk mərhələdə Sloveniyanın həvəskarlardan ibarət bir klubu kimi göstərilən “Mura” klubu qarşısında aciz qalan “Bakı” klubunun ardınca ikinci mərhələdə “Xəzər-Lənkəran” və “İnter” klubları da turnirdə ikinci pilləni keçə bilməyərək mübarizəni dayandırdılar.
Avropa Liqasının oyunları start götürəndən bəri ölkə mətbuatının çox hissəsi “Xəzər-Lənkəran” haqda yazılar, yalan və doğru xəbərlərlə bəzədilirdi. Sanki Azərbaycanda bu komandadan başqa Avropada iştirak edən komanda yoxdur. Lənkəranlılar birinci mərhələdə Estoniya klubunu keçən zaman mətbuatda Yunus Hüseynovu qəhrəman kimi qələmə verənlər nədənsə Polşanın “Lex” klubunun Azərbaycan klubları ilə neçə illik ədavətini unutmuşlar. Hətta buna görə Yunus bəy “Lex”i 3:1 hesabıyla məğlub edəcəklərini yuxuda görüb mətbuata bu barədə məlumat vermişdi. Bu yuxuya sevinən klubun fəxri prezidenti Mübariz Məsimovdan tutmuş bir neçə sadə azərkeşlərə qədər Polşaya qələbə sevincini yaşamağa getmışlər. Amma bu yazıqlar yuxunun hər zaman çin ola bilməməyini nədənsə yaddan çıxarmışdılar.
Özlərini artıq üçüncü mərhələdə hesab edən ağ- yaşil kollektivi oyundan əvvəl məşq etmək əvəzinə Poznan bazarlarını gəzərək bazarlıqla məşqul olmağa başlayıblar. Bazarlıqdan sonra yorğun halda meydana təşrif buyuran komandamız oyunda öz qapılarında top gördükdən sonra sanki yuxudan ayıldılar. Ayılandan sonra nə qədər vuruşsalar da xeyri olmadı, cünki rəqib Tovuzun “Turan” klubu deyil, Avropada qrup mərhələsində oynamış “Lex” klubu idi. Oyundan sonra Yunis Hüseynov yetirmələrinin rəqibdən yaxşı oynadığını və rəqibin şanslı oldugunu qeyd edib. Amma hansı gücdən və şansdan danışdığını heç özü də bilməyib. Elə bil Yunus bəy sanki “İnter” kimi penallaşmada uduzub və belə açıqlamalar verir.
“Xəzər-Lənkəran” başbilənləri! Avropa oyunları ərəfəsində komandanı dağıdıb yeddi-səkkiz oyunçunu göndərib yerinə milyon dollara heç nə ilə yadda qalmayan Ruslan Abışovu alanda heç fikirləşmədinizmi ki, Avropada güclü rəqiblərlə qarşılaşarsınız? Yoxsa azərkeşləri avam yerinə qoyub onların başını bir mərhələ keçməklə aldadacaqsınız? Bəlkə yenə də hakim rəqibə kömək etdi deyəcəksiniz? Ayılın, bu cür yalanlardan artıq azərkeşlər beziblər . Bəsdirin Mubariz müəllimin pullarını dağıtdiniz! Bu sizə bəs etmirmiş kimi əcnəbi oyunçuların da pullarını kəsməklə məşğulsunuz və buna görə də hər il məhkəməyə verilirsiniz.
Unutmayın ki, siz Azərbaycan futbolunu təmsil edirsiniz və Vətəni layiqincə təmsil etmək sizin borcunuzdur. Amma bu neçə ildə nə bir futbolçu, nə də bir uğur bəxş etmisiniz Azərbaycana. Nə qədər gec deyil papağınızı, oy pardon bağışlayın, səhv etdim. Papaq yox 8 manatlıq kepkalarınızı qabağınıza qoyub yaxşıca düşünün.