Zirəddin Rzayevin unikal istedadı: Сovid-19, II Elizabetin ölümü və 2025-ci ildə Hindistan və Pakistan arasında baş verən qanlı hadisələr…
Zirəddin Rzayev zəmanəmizin ən qeyri-adi fenomenidir və onun proqnozları digərlərindən seçilir. COVID-19, eks deputat Voronenkovun qətlə yetirilməsi, İngiltərə kraliçası Elizabetin ölüm tarixi ilə bağlı dəqiq proqnozu və daha çoxu hətta skeptiklər belə düşünməyə vadar edir.
İnsanlar artıq “Ekstrasenslərin döyüşü” kimi realiti şoulara etibar etmirlər və iştirakçıların çoxu fırıldaqçılıq və müxtəlif cinayətlərdə iddiham olunurlar. Bəziləri hətta “Ekstrasenslərin döyüşü” realiti-şousunun sırf uydurma və yalan olduğunu etiraf ediblər. Bu barədə şərh verməyəcəyik və hesab edirik ki, bu məsələ oxucuların ixtiyarına verilməlidir. Jurnalistikanın mahiyyəti də budur. Biz faktlara əsaslanaraq yazmağı və faktlarla danışmağı sevirik. Odur ki, klinik psixoloq Zirəddin Rzayevin fenomenini faktlarla araşdırıb sizə təqdim edirik.
Tarix Vladimir Jirinovski kimi müstəsna qabiliyyətlərə malik bir çox şəxsiyyət və mütəxəssislərin şahidi olub. Bu gün də Vladimir Jirinovskinin proqnozları jurnalistlər və digər ekspertlər tərəfindən maraqla öyrənilir.
Zirəddin Rzayevin fenomeni Vladimir Jirinovskinin fenomenindən xeyli fərqlənir. Məsələn, Jirinovski adətən siyasi hadisələrin inkişafını proqnozlaşdırdığı halda, Zirəddin Rzayev siyasi hadisələrlə yanaşı, təbii fəlakətləri, qətlləri, ölümləri də proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Onun bunu necə və nə cür etməsi bizi maraqlandırmır; maraqlı olan onun proqnozlarının gerçəkləşməsidir.
Bu yaxınlarda klinik psixoloq Zirəddin Rzayevin bir proqnozu ilə rastlaşdım və diqqətimi cəlb etdi. 5 yanvar 2021-ci il tarixində Moskva-baku.ru xəbər saytında yayımlanan məqalədə Zirəddin Rzayev Hindistan və Pakistan arasında qanlı toqquşmaların 2025-ci ildə başlayacağını iddia edir. Bu fakta heyrətlənməmək mümkün deyildir.
Həyat sirlərlə doludur və onun ən gözəl tərəfi sirli və möcüzəli olmasıdır. Gələcəyin bizim üçün hansı maraqlı və qeyri-adi sürprizlərlə heyrətləndirəcəyini yaşayıb görəcəyik.