ABŞ-ın xüsusi nümayəndəsi ilə Putin arasında uzun söhbət olub


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya prezidenti Vladimir Putin arasında söhbət uzun çəkib. Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Görüş axşam saatlarında Moskvada baş tutub. Bundan sonra Uitkoff Rusiya paytaxtını tərk edərək ABŞ-a gedib. Yola düşməzdən bir müddət əvvəl Uitkoff Amerikanın Moskvadakı səfirliyinə baş çəkib və orada bir saata yaxın vaxt keçirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Putin və Uitkoff arasında görüş olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Amerikanın xüsusi nümayəndəsi Rusiya tərəfinə Ukraynada mümkün atəşkəslə bağlı əlavə məlumat verib. Peskov əlavə edib ki, Putin də öz növbəsində Uitkoff vasitəsilə Trampa “məlumat və əlavə siqnallar” çatdırıb.

Bundan əvvəl ABŞ Ukraynada nizamlanma məsələsi ilə bağlı “ehtiyatlı nikbinlik”dən danışmışdı.

Yenises.ru