Kreml qoşunların Kiyev vilayətindən geri çəkilməsi xəbərini açıqlayıb
Rusiya qoşunlarının Kiyev vilayətindən çıxarılması əmrini şəxsən prezident Vladimir Putin verib. Fransanın LCI telekanalının məlumatına görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Bu, xoşməramlılıq jesti kimi danışıqlar üçün əlverişli şərait yaratmaq üçün lazım idi-deyə dövlət başçısının mətbuat katibi bildirib.
Eyni zamanda, Kreml sözçüsü əlavə edib ki, Rusiya hakimiyyəti danışıqlar zamanı ciddi qərarlar qəbul edə bilər və bu səbəbdən prezident Vladimir Putin qoşunların bölgədən çıxarılmasını əmr edib.
Yenises.ru