Zirəddin Rzayev Snouden haqqında proqnoz verdi
“Snoudeni dəmir barmaqlıqlar arasında görürəm””
Tanınmış rusiyalı ekstrasens Zirəddin Rzayev Snoudenin gələcək siyasi taleyi barədə proqnoz verib.
Zirəddin Rzayevin bu haqda Yenises.ru saytına verdiyi proqnozda “Snouden uçün Rusiya ən təhlükəsiz yerdir”-deyib. Ekstrasens lakin onu dəmir barmaqlıqlar arasında görüdüyünü bildirib.
“Rusiyadan başqa digər ölkələr Snouden üçün son dərəcə təhlükəlidir” –deyə Zirəddin Rzayev əlavə edib.
Onu da qeyd edək ki, rusiyalı ekstrasensin bu priqnozu ona aid olan zireddin.ru saytında da yerləşdirilib.
Xatırladaq ki, Amerika kəşfiyyat idarəsinin keçmiş agenti Snoudenin Moskvanın “Şeremetev” aeroportunun tranzit zonasında qalması davam edərkən, bu hal Rusiya və ABŞ arasındakı münasibətlərə də təsir etməkdədir.
Snoudenin üçüncü ölkəyə keçmək üçün Moskvadan istifadə etməsinin ardından onun pasportu Amerika höküməti tərəfindən ləğv edildiyi üçün o, Rusiyadan siyasi sığınacaq istəyib.
Tünzalə Vəliqızı
Yenises.ru
“