Zaxarova Rus ordusunun Suriyadan “qəfil”” çıxarılmasına aydınlıq gətirib”


Zaxarova Rus ordusunun  Suriyadan  "qəfil" çıxarılmasına aydınlıq gətirib
Bir sıra siyasətçılər və Qərb mətbuatı Rusiya prezidenti Putinin hərbi kontingentini Suriyadan çıxarmasının onlar üçün gözlənilməz olduğunu bəyan ediblər.

RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova şəxsi Facebook səhifəsindən yazıb ki, Rusiya hərbi hava qüvvələrinin Suriyadakı əməliyyatı əvvəlcədən qısamüddətli kampaniya kimi planlaşdırılmışdı və müdafiə qüvvələri qarşısında qoyulan məqsədə nail olunduğu üçün yekunlaşıb.

Diplomat öz səhifəsində bir tanışı ilə olan söhbəti yazıb.

“O: Sən bilmirsən, niyə Hərbi hava qüvvələrini Suriyadan qəfil çıxarıblar?””

Mən (Zaxarova): Axı, deyilmişdi ki, əməliyyat müvəqqətidir, uzunmüddətli deyil.

O: Lakin yenə də çox qəfil oldu. Birdən çıxartdılar.

Mən: Təsəvvür edirəm, belə başlasa və əgər diktor martın 10-da elan etsəydi: “”4 gündən sonra Rusiyanın xaricdəki silahlı qüvvələrinin iştirakı barədə vacib bəyanat veriləcək. Əndişə etməyə heç bir səbəb yoxdur-hər şey plana uyğun gedir. Xüsusı xəbərdarlıq martın 14-də gözlənilməzlik hissinin qarşısını almaq üçündür. Hazırlaşın”” düz olardı-deyə Zaxarova yazıb.

Zaxarova onu da əlavə edib ki, hərbi hava qüvvələrinin Suriyadan çıxarılması qərarı ilə bağlı Rusiya rəhbərliyinə xaricdən hər hansl bir təzyiq olmayib. O, həmçinin bildirib ki, Suriyada barışıq bir neçə həftədir ki, davam edir, bundan əlavə Cenevrə danışıq prosesinə başlanılıb.

Bundan əvvəl bir sıra xarici KİV və siyasətçılər rus ordusunun Suriyadan çıxarımasını gözlənilməz addım adlandırmışdılar.

ABŞ Dövlər Departamenti bəyan etmişdi ki, Rusiya prezidentinin Suriyadan əsas kontingenti çıxarma qərarı dövlət katibi Con Kerri də daxil olmaqla “”hamı üçün”” sürpriz olub. “”Gözlənilməz məlumat”” İsraili və bir sıra Avropa Şurası ölkələrini təəccübləndirib.

Rusiyanın Suriyadakı hərbi əməliyyatları 2015-ci ilin sentyabrında başlayıb və beş ay davam edib. Rusiya hərbi hava qüvvələri kampaniya müddətində doqquz mindən çox hərbi üçüşlar keçirib, “”İslam dövləti”” qruplaşmasının infrastruktur obyektləri məhv edilib.

Martın 14-də axşam Vladimir Putin Rusiya müdafiə nazirliyi qarşısında qoyulan vəzifə yerinə yetirilidiyinə görə rus kontingentinin Suriyadan çıxarılmasına başlamaq haqqında əmr verib.

/Yenises.ru/


Bir cavab yazın