Kreml ABŞ-ın kiberhücum ittihamından “çox yorulub”””
ABŞ kəşfiyyatının yeni hesabatındakı məlumatlar Rusiyanın Amerika seçkilərinə müdaxilə etməsini təsaqiləyən dəlil deyil-deyə Peskov jurnalistlərə açıqlama verib. O, Moskvanın bu kiberhücum ittihamından yorulduğunu söyləyib.
Prezidentin mətbuat katibi Dmitri Peskov hesab edir ki, ABŞ kəşfiyyatının Rusiyanın seçkilərə təsir etmək suçlaması əsassızdır.
Bizdə artıq bu ittihamdan ciddi şəkildə yorğunluq müşahidə edilir. Bu bütün gücüylə cadugər ovuna çıxmağı xatırladır. Biz başa düşürük ki, amerikalı həmkarlarımız müxtəlif vaxtlarda cadugər ovunun müxtəlf etaplarından keçiblər.
Mətbuat katibi bəyan edib ki, bu etaplar “daha ayıq mütəxəssislər və daha ayıq yanaşmalarla dəyişir””. Peskov onu da əlavə edib ki, hesabatın təqdim olunan versiyasında “”şərh üçün maddəyə yer qoymur””.
“”Çap olunan hissə məyusluqdan başqa bir şey doğurmur, çünki belə yetərsiz materiala bu qədər emosionallığı sırımaq cəhdi anlaşılmazdır -deyə o, bildirib.
RF prezidenti Putinin Amerika xüsusi xidmət orqanı tərəfindən təqdim olunan hesabatı oxuyub- oxumaması sualına cavab olaraq Peskov söyləyib ki, ölkə başçısının nə qədər detallı bundan xəbərdar olduğunu bilmir. “”O hissə ki, çap olunur, sözsüz ki, hamıya açıqdır, prezidentə də həmçinin””
Peskovun sözlərinə görə Moskva yenə də hücumla bağlı istənilən ittihamları rədd edir.
ABŞ kəşfiyyatı yanvarın 7-də “”Rusiyanın Amerikada prezident seçkilərinə qarışması”” haqqında hesabatın gizli olmayan hissəsini çap edib. Orada ABŞ kəşfiyyatı “”çox böyük qətiyyətlə”” Putinin seçkilərə müdaxiləni təşkil etməyə göstəriş verdiyi göstərilir. Amerika kəşfiyyatı hesab edir ki, Moskvanın məqsədi “”Amerika xalqının demokratiyaya inamını qırmaq və Hillari Klintonu ləkələməklə onun prezident kampaniyasına və seçkilərdə potensial qələbəsinə mane olmaqdır””. Xüsusi xidmət orqanı Rusiya hökümətinin Donald Trampa rəğbət bəslədiyini qeyd edir.
/Yenises.ru/“