PUTİN KONSTİTUSİYA DƏYİŞİKLƏRİ QANUNUNU İMZALADI


PUTİN KONSTİTUSİYA DƏYİŞİKLƏRİ QANUNUNU İMZALADI

Rusiya aprelin 22-də referenduma gedir… Putin bu qanunu imzaladı… Konstitusiya qanunu dəyişəcək. Sıfır nöqtəsinə gəldik…

Rusiya prezidenti Vladimir Putin konstitusiya dəyişiklikləri haqqında qanunu imzalayıb. Sənəd rəsmi məlumatlar portalında dərc olunub.

Bundan əvvəl, martın 14-də Federasiya Şurası növbədənkənar plenar iclasda Konstitusiyaya dəyişikliklər haqqında qanunun regional parlamentlərdə baxılmasının nəticələrinə dair qərar qəbul etmişdir.

Konstitusiyaya dəyişikliklər barədə prezident qanunu əvvəl Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib. Sənəddə 400-dən çox bənd var. Onlardan parlamentin səlahiyyətlərinin genişləndirilməsi, əsas qanunda Tanrının zikr edilməsi, eyni cinsdən olanlar (gey) arasında nigahın qadağan olunmasını və sair misal göstərmək olar.

Ümumrusiya səsverməsi aprelin 22-də keçiriləcək.

YENİSES.RU


Bir cavab yazın