Rusiya Xalq təsərrüfatı akademiyasında MDB miqrasiya xidməti rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirildi


Rusiya Xalq təsərrüfatı akademiyasında MDB miqrasiya xidməti rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirildi
Bu gün Prezident yanında Rusiya Xalq təsərrüfatı akademiyasında (RANXiQS) Rusiya Federal Miqrasiya Xidməti (FMX) və MDB ölkələri miqrasiya xidməti Ali şurası rəhbərlərinin iştirakı ilə “XXI əsrin müasir tendensiyası. Miqrasiya sahəsində əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirildi.

Görüşdə əvvəl Xalq təsərrüfatı akademiyası və Rusiya FDX arasında əməkdaşlıq sazişi imzalandı.
“Bu gün akademiaynın həyatında ən yaddaqalan tarixlərdən biri olacaq”-deyə geyən RANXiQS-in rektoru Vladimir Mau,- “müasir dünyada miqrasiyanın ən aktual və geniş müzakirə olunan sahə oldugunu”- qeyd etdi. O, akademiya ilə FMX arasında elmi-təcrübi biliklərin mübadiləsi- birgə əməkdaşlıq miqrasiya sferasında implus yaratmağa vəsilə olacağını söylədi. V. Mau onun dıvətini qəbul edib əldiyi və bu təşəbbüsü dəstəklədiyi üçün FMX-nin başçısı Konstantin Romodanovskiyə minnətdarlıq etdi.

K. Romodanovski,-“bu ideya və “XXI əsrin müasir tendensiyası. Miqrasiya sahəsində əməkdaşlıq” mövzusunda müzakirə aşdığınıza görə əsl minnətdarlıq Sizə düşür”- deyə akdemiyanın rəhbəri V. Mauya təşəkkürünü bildirdi.

Sonra FMX-nin rəhbəri RF miqrasiya qanunu, ona edilən dəyişikliklər, miqrasiya siyasətinin sosial və iqtisadi sahələrə təsiri məsələrindən danışdı.
Romodanovski bu gün usiyada rəsmi rəqəmlərə görə 11 miyon miqrant var dedi. Gerşəklikdə bu rəqəmin daha çox olduğunu qeyd etdi.

Xalq təsərrüfatı akademiyası və Rusiya Federal Miqrasiya xidməti arasında əməkdaşlıq sazişi imzalandı. İmzalama mərasimini alqışlarala qarşılayan akademiya heyəti, bu tarixi prosesdə iştirak edən tələnbələrin bundan sonra miqrasiya xidmətinə təcrübəyə getməyə daha həvəsli olacaqlarını vurğuladılar. Hətta elə bunu indi soruşaq deyə sual etdilər. “Tələbələrin əllərinin göydə oynaması, müqavilənin uğurlu başlanğıc olacağından xəbər verdiyinə işarədir”-dedilər.
Rusiya Xalq təsərrüfatı akademiyasında MDB miqrasiya xidməti rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirildi

Görüşün ikinci hissəsində “Əmək miqrasiyası sahəsində Avroasiya İqtisadi komissiyasının fəaliyyəti” mövzusunda adıçəkilən qurumun sahibkarlıq fəaliyyəti departamentinin sədr müavini Samat Əliyev, “Göndərən və qəbul edən ölkələrin qarşılıqlı maraqlar problemi” mövzusunda Rusiya elmlər akdemiyasının miqrasiya və inteqrasiya proseslərini öyrənən sektorun rəbhəri Vladimir Mukomel, Həmkarların ümumi konfederasiyasının sədri Valentin Karasev və bigər çıxış edənlər Rusiyada miqrasiya siyasətinin əslində sosial və iqtisisadi siyasəti tənzimlədiyindən, Avroasiya İttifaqına daxil olan ölklərin umacaqlı deyil, bu prosesdə tərəfmüqabil kimi çıxış etmələrinin daha doğru olacağını məsələlərinə toxundular.

Rusiya Xalq təsərrüfatı akademiyasında MDB miqrasiya xidməti rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirildi

MDB ölklərindən gəlmiş digər çıxış edənlər- Azərbaycan Miqrasiya xidməti idarəsinin sədr müavini Pərviz Musayev, Qırğızıstan əmək, miqrasiya və gənclər nazirinin müavini Almaz Asanbayev, Belorusuya daxili işlər nazirinuin müavini Nikolay Melçenko və başqaları ölkələrindəki miqrasiya siyasəti, bu sahədə beynəlxalq əməkdaşlıq haqqında məlumat verdilər.

Sonda Rusiya Federal miqrasiya xidmətinin münayəndəsi bu görüşü təşkil edən akademiya rəhbərliyinə, MDB-dən gələn nümayəndələrə təşəkkür edərək, miqrasiya sahəsində problemlərin həllinə belə qayğıkeş münasibəti təqdir etdiklərini bildirdi.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın