Azərbaycan-Rus mədəniyyəti və həmrəyliyi mərkəzində 20 Yanvar şəhidləri anıldı
Dünən 20 yanvar şəhidlərinin 26-cı ildönünü ilə əlaqədar Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzində anım mərasimi keçirildi. Tədbr 20 yanvar gecəsində baş verənlərin sübutu əksi olan videokadrların nümayişi ilə başlandı. 26 il əvvəlki o gecənin ağrısını təkrar yaşayan mərasim iştirakçıları bu kadrları göz yaşları ilə seyr etdilər.
Mərasimi mərkəzin rəhbəri Mehman Şükürüv açaraq, 26 il bundan əvvəl Azərbaycanın azadlıq mübarizəsinin ilk qurbanları olan şəhidərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılmasını xahiş etdi.
O, 1990-ci ili 19-dan 20-nə keçən qanlı Yanvar gecəsində haqq savaşında güllələr qarşısndan qaçmayaraq sınmaz əqidə nümunəsi göstərən xalqımızın oğullarının keçdiyi yolun bugünkü gənclər üçün qəhrəmanlıq nümunəsi olduğunu söylədi
Ümumrusiya Azərbaycanlıları konqresinin baş məsləhətçisi Manaf Ağayev 1990-cı ilin 20 Yanvarında və ona qədər baş verən tarixi şəraiti xatırladaraq, o hadisəyə ilk siyasi qiymət verən- Heydər Əliyevin xidmətlərindən söz açdı. “Dünyada baş verən bu tipli cinayətlərin üstündən nə qədər zaman keçməsinə baxmayaraq cəzasız qalmadığının şahidi olmuşuk. 20 Yanvar şəhidlərinin qanını tökənlər də bu cəzadan qaça bilməyəcəklər””-deyə M.Ağayev şəhidlərimiznin ruhuna rəhmət dilədi.
Ziyalılar- Alşan Zakirov, Ariz Gözəlov da çıxışlarında hər il Azərbaycan və onun hüdudlarından kənarda xatirəsi hörmət və ağrıyla yad edilən şəhidlərimizin o qanlı gecədə keçdiyi acılı, məşəqqətli yolun milli vətənpərvərlik ruhunun oyanması, aşılnmasında gələcək nəsillərə mayaq olacağını qeyd etdilər.
Tədbirin sonunda şəhidlərin ruhuna “”Quran”” oxunub, ehsan verildi.
Tünzalə
/Yenises.ru/