Təhsil nazirliyi Moskvanın 3 ali məktəbinin lisenziyasını ləğv etdi


Təhsil nazirliyi Moskvanın 3 ali məktəbinin lisenziyasını ləğv  etdi
Təhsil və elm sahəsinə federal nəzarət xidməti Moskva Xarici dillər institutunun dövlət akkreditasiyasını ləğv edib. Bu haqda nazirliyin rəsmi saytənda məlumat verilir.

Bundan əlavə daha iki – Moskva sosial humanitar institutu və Bərpa sənəti institutunun lisenziyası əlindən alınlb.

Rospotrebnadzordan dəqiqləşdirib ki, son iki institutun tələbələri təhsilini davam etdirə biləcəklər, lakin onların diplomlarının dövlət nümunəsində olmasına zəmanət verilmir.

Lisenziyası əlindən alınmış institutların təsisçiləri öz tələbələrinin başqa təhsil ocaqlarına keçirilməsini təmin etməyə məcburdurlar.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin dövlət institutlarında yerlərin çoxalmasını bildirmişdi.

Yenises.ru


Bir cavab yazın