Moskvada güclü qar nəqliyyatın gedişini çətinləşdirib


Moskvada  güclü qar nəqliyyatın gedişini çətinləşdirib
Moskva hökuməti bu gün-bazar ertəsi güclü qar yağını olduğundan şəxsi avtomobili olan vətəndaşlardan ictimai nəqliyyatdan istifadə etməyi xahiş edib. Paytaxtın nəqliyyat kompleksi çətin hava şəraitində işləməyə tam hazırdır.

Güclü qar yığını ucbatından paytaxtın avtomobil yollarında tıxaclar yaranıb. Nəqliyyatın gedişinin çətinləşməsi əsasən Kaşir, Leninqrad, Yaroslavl şossesi, Volqoqrad prospekti və Lyublino küçəsində müşahidə olunur.

Paytaxtın nəqliyyat departamenti avtomobil qəzalarının baş vermə ehtimalının yüksək olması barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Rusiya hidroloji mərkəzinin verdiyi məlumata görə ötən gecə Moskvaya aylıq normanın 10 faizi qədər yağıntı düşüb. Gün ərzində yağıntının davam edəcəyi gözlənilir, bu da yolların buz bağlamasına və qar yığıntısına səbəb olacaq.

Yenises.ru


Bir cavab yazın