İosif Kobzonun dəfnində ölkənin birinci şəxsləri iştirak edib
Vladimir Putin və Dmitri Medvedev Kobzonun dəfn mərasimində iştirak etsələr də, çıxış etməyiblər. Prezident və baş nazir onun tabutuna gül qoyub, aiəsi və yaxınlarına başsağlığı verməklə kifayətləniblər.
Məhşur heykəltəraş və Rusiya rəssamlar akademiyasının prezidenti Zurab Sereteli İosif Kobzonu əsl vətənpərvər adlandırıb.
TASS-ın məlumatına görə Çaykovski adına konsert zalına səmətçiylə vidalaşmağa 6 mindən çox adam gəlib. Olar arasında mədəniyyət və incəsənət xadimləri, biznesmenlər, məmurlar və siyasətçilər olub.
TASS müxbiri onu da qeyd edib ki. səhnəyə qoyulmuş tabutun yanına hamınının buraxılmaması insanları təəccübləndirib.
Xatırladaq ki, İosif Kobzon avqustun 30-da ömrünün 80 yaşında vəfat edib. Onu özünün vəsiyyətinə görə Vostryakovski qəbirstanılğında anasının yanında dəfn edəcəklər.
Yenises.ru