Abbas Abbasovdan açıqlama – Eksklüziv
“Abbas Ababsovun həbs olunması xəbəri””nin yayılması ilə bağlı Abbas Abbasov danışdı.
Saytımza yaxınlarından aldığımız məlumatla kifayətlənməyib bir də bu xəbərə münasibəti Abbas Abbasovun özündən öyrənmək istədik.
Abbas müəllim bizimlə telefon əlaqəsində haqqında çıxan bu növbəti şaiyənin ona qarşı təxribat olduğunu dilə gətirdi.
“Mən artıq uzun illərdir nə aktiv, nə də passiv şəkildə siyasətlə məşğul olmuram. 72 yaşında 9 nəvənin babasıyam. Və bu çıxan xoşəgəlməz xəbərlər təbii ki, məni, ailəmi narahat edir. Heç bir əsası olmayan bu tipli xəbərlər suyu bulandırmaqdır”-deyə Abbas Ababsov bildirdi.
Abbas Abbasov onu da qeyd etdi ki, heç bir şeyə qarışmır, ailəsi, nəvələri ilə tədaüdçü həyatını yaşayır. “Adımı belə yalan –böhtan xəbərlərlə hallandıranlar da kimə və nəyə xidmət edir, onu bilmirəm”-bunları da xüsusilə vurğuladı.
Tünzalə Vəliqızı,
Moskva
15.08.2020
“