Dünyanı qarışdlran filmin prodüseri firildaqçı, rejissoru pornoçu çıxdı
“Müsəlman günahsızlığı” fiminin amerikalı prodüseri Baseley Nakoula hadisələr qızışandan sonra ilk dəfə kameralar qarşısına çıxarkən filmin rejissorunun da porno sektorunun yaxından tanıdığı Alan Roberts olduğu bildirildi.
“Xöşbəxt fahişə Hollivdua gedir”, “Gənc xanım Çarli”, “Şekspir” kimi erotik porno filmləri ilə tanınan Roberts filminin ortalığı qarışdıracaq siyasi bir hərəkət olacağını düşünməmiybmiş.
“Müsəlman günahsızlığı” filminin Youtube-da yayımlanan 13 dəqiqəlik fraqmentində həvəskar olduqları bəlli olan bir qrup oyunçu “Hz. Məhəmməd haqqında gerçəkləri açıqlayırıq” iddiasıyla Məhəmmədi qadın düşkünü, müsəlmanları terrorçu kimi xarakterizə edir.
Daha əvvələr də bu oyunçu və çəkiliş qrupu tarixi bir film çəkmiş, dublyajda dialoqları dəyişdiklərini söyləmişdi.
Roberts filminin dogurduğu bu üsyankar sonluqdan sonra gizləndiyi söylənilir. VİCE jurnalı Alan Robertsin əsl adının Robert Bronvel olduğunu qeyd edib. Bronvel adı “Çol savaşçısı” filmində də keçir.
Prodüser Nakoula polis tərəfindən evindən götürülərək federal yetkililərlə görüşdürülüb. Hadisələr başlanandan bu yana ilk dəfə ortalığa çıxan Nakoulanın üzünü ictimaiyyətə göstərməyiblər.
Polis keçmişdə firldaqçılıqdan məhkum edilmiş 55 yaşlı Nakoluanın şərti cəza ilə buraxıldığını, lakin cəzada göstərilən qaydaları pozduğunu bildirib.
Polis sözçüsü Stiv Uotmor Nakoulanın Kaliforniyanın Cerritos şəhərindəki evindən könüllü olaraq gətirildiyi və sadəcə ifadəsi alınıb sərbəst buraxıldığını söyləyib.
Saxta şəxsiyyət vəsiqəsi və təhlükəsizlik nömrələrindən istifadə edərək federal banklarda hesabı olan bir çox adamı aldadan Nakoula 2010-cu ildə 21 ay həbs cəzası alıbmış. Aldatdığı şəxslərə 800 min dollar ödəməyə məhkum olunan Nakoula şərti iş alaraq buraxılmışdı. Ona bu cəzanın şərtlərinə görə 5 il kompüter və internetdən istifadə etmək qadağan edilmişdi.
Amma Nakoula hadisə yaradan filmin Youtube-yə yükləyən adamın məhz özü olduğunu etiraf edib.
/Yenises.ru/