Belçika həbsxanasının açarlarını itiriblər


Belçika həbsxanasının açarlarını  itiriblər

Belçikanın Leven şəhərindəki təcridxananın 180 kamerasının açarını itiriblər. “Bütün qapıların universal açarı”nı atrıq bir həftədir ki, axtarırlar. Bu haqda “Het Laatste Nieuws” qəzeti yazıb.

Açar dəstləri içərisində həbsxananın ayrı-ayrı sektorlarının qapısını açan açarlar da var. Həbsxanadakılar bu açarların məhbuslardan birinin əlinə keçməsindən qorxurlar.
Qəzetin verdiyi məlumata görə həbsxana rəhbərliyi fövqəladə hadisənin baş verməsi haqqında son ana qədər xəbər vermək istəmirmiş.

Həbsxana yetkililəri açarların tezliklə tapılacağını düşünüb bu hadisəni gizli saxlamaq istəyirlərmiş. Onlar təcili olaraq təhlükəli cinayətkarların kameralarının açarlarını dəyişməyə başlayıblar. Amma bu jurnalistlərin diqqətindən yayınmayıb və açarların itməsi geniş auditoriyaya məlum olub.

/Yenises.ru/


Bir cavab yazın