İstanbulda terror: Bir polis məmuru şəhid, digəri yaralı
İstanbulda Sultanəhməd məhəlləsində Turizm polisi binasında terror hadisəsi baş verib. Belində partlayıcı olan terrrorçu qadın ingiliscə “pul qabımı itidim”-deyə şöbəyə daxil olub. Və o anda partlayış baş verib. Növbədə olan polis məmurlarından ikisi agır yaralanıb. Onlardan biri aldığı yaradan xəstəxanada ölüb. O biri polisin vəziyyətinin normal olduğu bildirilir.
Yenises.ru-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə İstanbul valisi Vasip Şahin hadisə yerinə gəlib. O, media mənsublarlına aşıqlama verərək, Sultanəhməddəki asayiş idarəsinə bağlı olan Turizm şöbəsinə basqında biri ağır olmaqla iki polis məmurunun yaralandığını deyib. Polislərdən biri aldığı xəsarət nəticəsində həlak olub. Canlı bomba olan terrrorçu qadın da ölüb. Hazırda onun kimliyi araşdırılır.
/Yenises.ru/