Moskvanın mərkəzində 30-dan çox qeyri-leqal miqrant saxlanıldı


Moskvanın mərkəzində  30-dan çox  qeyri-leqal miqrant saxlanıldı
Federal Miqrasiya Xidməti Moskvanın Ostojenko küçəsində yerləşən iki restoranda 40 –a yaxın qeyri-leqal miqrant saxlayib.

FMX-nin Narkonəzarət əməkdaşları ilə “Qeyri-leqal-2012” və “Narkotik” əməliyyatı keçiriblər. Yenses.ru-nun İnterfax İA-nə istinadən verdiyi xəbərə görə FMX mətbuat xidmətindən verilən məlumatda paytaxtın Ostojenka küçəsi ev 14 və 16- da yerləşən restoranlarda 36 qeyri-leqal işləyən miqrant aşkar edildiyi” deyilir. Saxlanılanlar işərisində Gürcüstan, Qırğızıstan, Azərbaycan, Ukrayna və Efiopiya vətəndaşları var. Mətbuat xidmətinin nümayəndəsinin sözləriniə görə onlardan 14-nün heç şəxsiyyətini təyin edən heç bir sənədi olmayıb.

Federal Miqrasiya Xidməti hazırda RF Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (qeyri-qanuni miqrasiya təşkilatı) cinayət işi qaldırılması məsələsinə baxıldığını bəyan edib.

/Yenisəs.ru/


Bir cavab yazın