Сəmilyev Türkiyənin Putinlə danışacağını vəd etdiyini deyib
Türkiyə hökümət başçısı krım-tatarlarının lideri Mustafa Cemilyevə yaxın zamanlarda RF prezidenti Vladimir Putinlə danışıb, onun Krım ərazisinə getməsi ilə bağlı qoyulan qadağa məsələsini həll edəcəyini vəd edib. Bu haqda “5-ci kanal”ın efirində Cəmilyevin özü məlumat verib.
“Baş nazir Rəcəb Tayyib Ərdoğan dedi ki, yaxın vaxtlarda Putinlə əlaqə saxlayıb bu məsələni sülh yolu ilə həll edəcək ”-deyə Cəmilyev bildirib.
Onun sözlərinə görə türk rəhbərliyi ondan qan tökməkdən çəkinməyi və sərhədd zonasını tərk edərək Kiyevə dönməyi xahiş edib. “Ondan sonra onlar bu məsələni həll etməyə çalışacaqlar –deyə o, aydınlaşdırıb.
Ayxan Azəroğlu
/Yenises.ru/