Abbas Abbasov: Azərbaycanın Avrasiya İttifaqına müşahidəçi kimi qatılması faydalı olardı. (Eksklüziv)


Abbas Abbasov: Azərbaycanın Avrasiya İttifaqına  müşahidəçi kimi qatılması faydalı olardı. (Eksklüziv)
Dünyanın gündəmi o qədər sürətlə dəyişir ki, bir olayın istisi soyumadan yenisinin başlanması bir göz qırpımında baş verir. Rusiyada istisadi-siyasi arenasında bir-birini əvəzləyən hadisələrin fonunda nəinki ən yaxın gələcək hətta sabah üçün proqnoz vermək çətindir. Son günlərdə rublun zəifləməsi isə iqtisadiyyatda müşahidə olunan gərginliyin daha da artmasına səbəb olub. Rusiya Xalqlar Assambleyası şurası sədrinin müavini, 15 il baş nazirin birinici müaviini işləmiş bir şəxs kimi Abbas Abbasovdan Rusiyada dolların tarixi rekord həddə çatmasının hansı amillərə bağlı oldugu və rublun zəifləməsinin hansı təsirlər doğura biləcəyi məsələləri ilə əlaqədar fikirlərini bizimlə paylaşmasını istədik.

Abbas Abbasov Yenises.ru saytına açıqlamasında bü gün Rusiya istisadi mühitində rublla bağlı yaşanan gərginliyə başlıca səbəb olaraq Avropa ölkələrinin Ruisyaya qarşı sanksiya tətbiq etməsi amili göz önündə tutulduğunu bildirdi. “Təbii ki, bu da var. Lakin neftin dünya bazarında qiyməti “”oynayır””, bu da dolların sürətlə bahalaşmasına münbit zəmin yaradır””.

A. Abbasov bununla yanaşı bəzi valyuta “”alverçilərinin”” kursla oynaması məsələsninin də az əhəmiyyət kəsb etmədiyinə diqqət çəkdi. Lakin ən başlıcası, bunun Avropa və ABŞ tərəfindən yarandılmış konyuktura olduğunu qeyd etdi.

O, Rusiyanın sıxışdırılması və iqtisadiyyatına bu yolla zərbə vurma istəyini müvəqqəti xarakterli bir addım kimi dəyərləndirərək “”Rusiya iqtisadiyyatının demək olar ki, çox hissəsi enerji, enerji daşıyıcıları, neft, qaz və onlardan alınan məhsulların gəliri üzərində qurulub. Dünya bazarında neftin qiymətinin enməsi rubla da təsirini göstərir””-dedi.

Onun fikrincə, ölkənin yerli valyutasının zəifləməsi qida məhsulların qiymətinin atrmasına, sosial vəziyyətə də təsir edir ki, nəticədə bu inflyasiyaya səbəb ola bilər.

“”Əslində inflyasiya dövlət üçün çox təhlükəli məsələdir. Lakin Rusiya iqtisadiyyatını idarə edənlər bunu anlayırlar və qarşısını alacaq təbdirləri var. Rusiya böyük dövlətdir və belə asanlıqla onun iqtisadiyyatını çökdürmək olmaz””.

Rublun taleyi ilə əlaqədar birmənalı proqnoz verməyənlərin əksinə olaraq baş nazirin sabiq müavini rublun yaxın vaxtlarda sabitləşəcəyini düşünür.

Abbas müəllim, yeri kəlmişkən, Rusiyanın Avrasiya ittifaqı yaradılmasının Dumada qəbul olunmasını tarixi bir hadisə kimi dəyərləndirməsi sanki Avropa və ABŞ-a “”qıcıq”” yaratmağa hesablanmışdı. Ardından dolların sıçrayışıyla “”rubla yerini göstərməsi””ni “”meydana meydan”” oxumaq kimi qəbul etmək olarmı?

-Avropada artıq öz sanksiyalarının azaldılması və yumşaldılmasını düşünürlər. Onların iqtisadiyyatında qazdan asılılq var. Avropa Şurası və ya hər hansı quruma alternativ kimi qələmə verilən Avrasiya İttifaqının yaranması məsələsinə gəlincə, mən dəfələrlə demişəm və bu gün də deyirəm, Keçmiş MDB ölkələrinin 70 illik bir tarixi var. Bu hər şeydən əvvəl eyni tarixi adət-ənənələrlə müşahidə olunan bağlılıqır. Alışdığımız eyni məkanı paylaşmaq, yanaşı yaşamaq və anlaşmaq prinsipləri bura daxildir. Dinc yanaşı yaşamaqdan, xalqlar birliyindən danışanda mənim fikrimi yozurlar. Mən buna dönmək istəməzdim. Amma indi söyləyəcəyim fikirlər yeni yanlış yozulmasın deyə vurğulayıram. Avrasiya ittifaqının imzaladığı sazişlər var. Bura qatılmaq istəyən digər ölkələrin sazişləri də gundəmdədir. Ermənistan və Qırğızıstanın müraciəti artıq ortadadır. Ermənistanla bağlı təbii ki, Qarabağsız ora daxil olmaq məsələsi var. Hesab edirəm ki, Rusiya və Avrasiya ittifaqı üçlüyündə olan digər iki dövlət də Ermənistanın bu şərt altında ora daxil olmasını istəməyəcəklər. Azərbaycanla Rusiya arasında müşahidə olunan istilik belə düşünməyə əsas verir ki, Rusiya belə bir addımı atmayacaq. Mənim zənnimcə, Azərbaycanın Avrasiya İttifaqına müşahidəçi kimi qatılması da faydalı olardı. Ümumi Avrasiya bazarındakı fəaliyyəti Azərbaycan izləyə, ona sərf edən aspeklərdə ona qatıla bilərdi.

Rusiya gündəmində bir də Xəzərin bölüşdürülməsi məsələsi Xəzər sammitində əldə olunan razılaşmalar məsələsi var. Sizcə, bunlar Rusiyanı hara götürəcək?””-fikrinə münasibətdə isə o aşağıdakılara toxundu.

“”Xəzər bizi birləşdirən bölgədir. Xəzər bizim milli evimiz olacaq. Onun yeraltı, yerüstü sərvətlərinin hər dövlətin öz sərhədləri daxilində bölüşdürülməsini istəməsi normaql haldır. Bioresurslardan istiadə məsələsindən tutmuş, nəqliyyat məsələlərinə qədər hərəinin öz payı var””.

Abbas Abbasov Xəzərin bölüşdürülməsinə Rusiya, Azərbaycan, Türkmənistan, Qazağıstan və İranın bir masa arxasında oturub eyni məsələlərdə qarşılıqlı-birgə fəaliyyətə imza atması aspektindən baxsaq bunun özü xüsusi bir nüans olduğunu gözardı etmək olmaz dedi.

“”Xəzərin bu 5 ölkə arasında statusunun müəyyən olunmasında bir çox ümidverici sazişlər bağlandı. Ən əsası isə Həştərxandakı Sammitdə 5 ölkə arasında imzalanan razılaşmaya görə “”Xəzərdə 5 dövlətin hərbi bazasından başqa heç bir dövlətin bazası ola biməz”” məsələsidir. Bu regionda sülhü gücləndirəcək və əmin- amanlığa zəmanət verəcək çox vacib məsələlərdən biridir. Xəzərin aıt qatının bölünməsi, bioresusrlardan istifadə, sərhəd nəqliyyatının gediş- gəliş məsələləri müzakirə olunur”” -deyə butun bunları müsbət hal kimi dəyərləndirdi.

Bütün bunlar Rusiyanı hara götürəcək-sorursunuz. Ümumiyyətlə həyat enişli-yoxuşlu yollardan keçir. Bu tarixi olayların sonunda mütləq müsbət bir yönə götürəcəyinə inanıram.

Tünzalə Vəliqızı
Moskva, 01.10.2014


Bir cavab yazın