“İ Qəbələ kuboku” Beynəlxalq turnirinin astanasında


“İ Qəbələ kuboku” Beynəlxalq turnirinin astanasında
Azərbaycan futbol klubları arasında uşaq futbolunun inkişafına diqqət yetirən klubların sayı getdikcə artmaqdadır. Belə klublardan biri də Qəbələ şəhərinin eyniadli klubu olan “Qəbələ” klubudur. Uşaq futbolunun inkişafında gördüyü işlərə baxdıqda bu klubu respublikamızda uşaq futbolunun beşiyi hesab etmək olar. Qısa muddət ərzində Tale Heydərovun rəhbərliyi altında klub bir çox nailiyyətlərə imza atıb.

Dünya səviyyəli futbolçu olan Toni Adamsın “Qəbələ” klubunda baş məşqçi qismində çalışmasi bu klubun parlaq gələcəyindən xəbər verir. Duzdur, Adams əsas komanda ilə heç bir uğura imza ata bilməsə də, Qəbələdə uşaq futbolunun inkişafındakı rolu danılmazdır . Avropanın bir çox nəhəng klubları bu gün “Qəbələ” klubunun dostluğu və əməkdaşlığı sayəsində Azərbaycan futbolu ilə maraqlanırlar.
“Qəbələ” klubunun Futbolun Kütləviləşdirilməsi Departamenti (FKT) iki illik fəaliyəti dövründə qurulan plan əsasında geniş layihələr həyata keçirib. Regionda olan məktəblər arasında çempionatlar təşkil edib, ozünü yaxşı cəhətdən göstərən uşaqlar Qəbələ Futbol Akademiyasına cəlb edilir. Bu uşaqlar akademiyada xarici mutəxəssislərdən dərs alaraq gələcək futbolumuz uçun hazırlanırlar.

“Qəbələ” klubunun dostluq əlaqələri çərçivəsində İspaniyanin “Barselona” və Ukraniyanın “Şaxtyor” klubunun əməkdaşların Qəbələyə səfəri, klubun müxtəlif yaş qruplarından ibarət komandalarının Avropa turnirində iştirak etməsinin nəticəsidir ki, bu gün Qəbələ ilə əməkdaşləq edən Avropa klublarının sayı artmaqdadadır. 30 may- 4 iyun tarixində Qəbələdə keçirilməsi planlaşdırılan “I Qəbələ kuboku” Beynəlxalq turnirinin iştirakçilarına nəzər salsaq, bir daha bunun şahidi olarşq. İspaniyanin “Vilyareal” və “Levante”, Türkiyənin “Qalatasaray”, Hollandiyanın “Feyenord”, Danimarkanın “Bröndbü” və Serbiya yığma komandasının qatılacağı turnir yeniyetmə futbolçularımızın Avropa futbolçuları və onların oyun stili haqda yaxından tanış olmağa imkan yaradacaq. Uşaq yaşlarından Avropa muhitinə uyğunlaşmaqla futbolçular gələcekdə Avropada rahat oynamağın təməli ni indidən qoymuş olurlar.

Bütün bu görulən işlərin bəhrəsidir ki, bu gün Qəbələnin 13 yaşlıları çempion, 14 və 16 yaşlılıları çempionatın gümüş , 11 yaşlılaı isə bürünc mukafatının sahibidirlər. Əvəzedici heyətin uğurunu (II yer) da nəzərə alsaq “Qəbələ” klubunun gələcəyinin günəş kimi parlaq olduğunu əminliklə demək olar. Klub rəhbərliyinin səbrli və Avropa muhitinə uyğun olaraq hərəkət rtməsi bütün bu ugurların açarıdır. İnaniram ki, yaxin gələcəkdə Qəbələ futbolçuları Avropada legioner həyatı yaşamaqla Azərbaycanın adını müsbət yöndən tanıdacaqlar.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın