MÜƏLLİM, ÖZÜNÜ SƏN DƏ MƏMURMU SANIRSAN?
SİDQİ
Müəllim, özünü sən də məmurmu sanırsan?
Məmur olanın heç dərdi olmurmu sanırsan?
Məmur olanın Dubayda malı gərək olsun,
Bir rus aşna, Baküdə halalı gərək olsun,
Evi zəngin, bağı da villalı gərək olsun.
Heç daxmaya jakuzi qoyulurmu sanırsan.
Məmur olanın heç dərdi olmurmu sanırsan?
Hər məclisi-millətə gəl eyləmə tamah sən,
Bilməlisən nəhayət, nədir savab, günah sən.
Oxumaqa inanıb pozulmusan, vallah, sən.
Yüz kitabla ac qarın doyulurmu sanırsan?
Məmur olanın heç dərdi olmurmu sanırsan?
Məmura verdiyini kişi edəmməz isbat.
Oncə bunu öyrən, bol rüşvət al, rahat yat.
Adın dəftərə düşdü, di qalginən salamat.
Məmur aldığı para onundurmu sanırsan,
Məmur olanın heç dərdi olmurmu sanırsan?
Ac deyilik, əlbəttə, şərafət də bizimdir.
Məclis bizim, divani-ədalət də bizimdir.
Neft bizim, qaz bizim, məmləkət də bizimdir.
İntilgentə etibar olunurmu sanırsan,
Məmur olanın heç dərdi olmurmu sanırsan?