ABŞ-İsrail əməliyyatları nəticəsində Iranda ölənlərin sayı mini keçib


Tasnim Xəbər Agentliyinin İran Şəhidləri və Veteranları Fonduna istinadən verdiyi məlumata görə, ABŞ-İsrail əməliyyatları nəticəsində ölənlərin sayı 1045-ə çatıb.

Əvvəlki ölüm sayı 787 nəfər idi.

Bəyanatda deyilir: “Bu vəhşi hərəkətlər nəticəsində həlak olan dəfn olunmuş şəhidlərin sayı hazırda 1045-ə çatıb”.

Agentlik qeyd edir ki, qurbanlar arasında həm mülki şəxslər, həm də hərbçilər var.