ÇİNGİZ HÜSEYNOV VƏFAT EDİB


Yanvar ayının 8-də İsrailin Qüds şəhərində Azərbaycan və sovet yazıçısı,
filologiya elmləri doktoru, professor Çingiz Həsən oğlu Hüseynov həyatının 95-ci
ilində əbədiyyətə qovuşmuşdur.


Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur.
Valideynlərini erkən itirən Hüseynov qardaşlarını nənələri Nərgiz xanım böyüdüb.
Orta məktəbi bitirdikdən sonra Ç. Hüseynov 1947-ci ildə təhsil almaq üçün Moskvaya gələrək,
Moskva Dövlət Universitetinin filologiya fakültəsini (1952) və SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun aspiranturasını (1956) bitirib. Məşhur Şərqşünas
Yevgeni Bertelsin aspirantı olan Ç. Hüseynov “Azərbaycan nəsrində müharibədən
sonrakı dövrdə kolxoz kəndi” mövzusunda namizədlik dissertasiyası, 1978-ci ildə
isə “Çoxmillətli sovet ədəbiyyatında ümumilik formaları” mövzusunda doktorluq
dissertasiyası müdafiə edib.


Rusiyada yaşayan xalqların və SSRİ xalqlarının ədəbiyyatı üzrə mütəxəssis
olan Hüseynov dünyanın müxtəlif ölkələrində Beynəlxalq, Ümümittifaq və
Ümumrüsiya elmi konfranslarında mühazirə və məruzələrlə çıxış edib. Müxtəlif
xalqların ədəbi nümunələrini təbliğ və təhlil etmək sahəsində böyük təcrübəyə
malik olan Ç.Hüseynov həm də peşəkar tərcüməçi, nüfuzlu fikir sahibi olan
tənqidçi idi. Onun rəhbərliyi altında qırxdan çox elmlər namizədi və üç elmlər doktoru
hazırlanıb.


2007-ci ildə YUNESKO-nun xətti ilə Moskvada Dini mövzularda keçirilən
beynəlxalq konfransda islamın iudaizm və xristianlıqla müqayisəsi konteksində
mərüzə edib.


Çingiz Hüseynovun həyat və yaradıcılığı haqqında elmi tədqiqatlar
hazırlanıb, dissertasiyalar müdafiə olunub. Müəllif haqqında “Qısa Ədəbiyyat
Ensiklopediyası”nda (Moskva, 1978), “Böyük Rusiya Ensiklopediyası”nda
(Moskva, 2006), “Azərbaycanın yeni tarix lüğəti”ndə (London, 2015) məlumat var.
Cingiz Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun
ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.


Allah rəhmət eləsin!


Cəfərsadıq Abbasov, Eldar Abbasov, Azər Cahangirov, Tünzalə Vəliqızı,
Leyla İsmayılova, Zəkiyyə Ələsgərova, Kamran Rüstəmov, Rabson Məmmədov, Rafail Qəribov,
Nəsib Nəbioğlu, Şahin Ağayev, Şirvan Kərimov, Zirəddin Rzayev, Şamil Qurbanov,

Tahir Hacıyev, Elşən İbrahimov, Hidayət Məmmədov, Hikmət Cavadov, Şaiq Bayramov,
Şaiq Məmmədov, Qeys Əmircan, Vasif Məmmədov, Mahir Ələsgərov, Füzuli Fərəcov,
Əşrəf Hüseynli, Abbas Alıyev, Lətif Alnazarov, Nadir Hümmətov, Telman Hacıyev,
Hidayət Məmmədov, Hikmət Qurbanov.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir