Donetsk sakinləri ilə rus tərəfdarları arasında toqquşma
Ölən və yaralananlar var
Donetskdə “Ukraynanın birliyi naminə” keçirilən kütləvi mitinqdə yerli sakinlərlə rus tərfəfdarları arasında toqquşma baş verib. 22 yaşlı bir kişinin öldüyü, 17 nəfərin isə yaralandığı haqqında məlumat verilir. O təcili yardım maşınında aldığı bıçaq yarasından həyatını itirib.
Donets vilayəti dövlət administrasiyasından verilən məlumata görə 17 nəfər həkimə müraciət edib.
Digər bir mənbə- “Novosti Donbassa” Ukrayna internet qəzeti iki nəfərin öldüyü və 50 nəfərin yaralandığı haqqında yazıb.
“Ukraynanın birliyi haminə”mitinqi polis əməkdaşları və daxili qoşunların əhatəsində keçsədə, Rusiya tərəfdarları olan aktivistlər çevrəni yara biliblər. Petarda və tüstüverən damalar partladılıb. Milislər “Ukraynanın birliyi naminə” mitiniqinin iştirakçılarını avtobusa doldurub aparmaq istəsələr də, avtobusun şüşələrini qırıb və petarda atıblar.
/Yenises.ru/ “