Moskvada Müdafiə Nazirliyinin Departament rəisinin maşını partladılı


Moskvanın cənubunda Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin rəisi Fanil Sarvarova qarşı sui-qəsd edilib. Ukrayna kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən terrorçu bunun üçün Müdafiə Nazirliyin yetkilisinin avtomobilinin altına yerləşdirilmiş maqnit minasından istifadə edib. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Partlayış səhər saat 7:00 radələrində general-leytenant Fanil Sarvarov Yasenevaya küçəsindəki yaşayış binasının həyətindən Kia Sorento avtomobilini sürərkən baş verib. Mina partlaması nəticəsində general-leytenant ayaqlarından və üzündən xəsarət alıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayıcı qurğu avtomobilin alt hissəsinin altına yerləşdirilib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb və aldığı xəsarətlərdən ölüb. İstintaq Komitəsi əvvəlcə ümumi təhlükəli şəkildə törədilmiş qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb, lakin bunun terror aktı kimi təsnif edilməsi üçün planlar hazırlanır.

rianovosti