Odessada bolqarların aksiyasında “Kremlin əli”” olduğu deyilir”


Odessada bolqarların aksiyasında "Kremlin əli" olduğu deyilir
Ukrayna DİN başçısı Arsen Avakovun məsləhətçisi, Ali Radanın deputatı Anton Geraşenko Odessa vilayətindəki bolqar cəmiyyətinin etiraz aksiyasını şərh edib. O bu hadisədə “Kremlin əli””, daha dəqiq desək RF prezidenti Putinin köməkçisi Vladislav Surkovun əli olduğunu görür. Bu barədə Obozrevatel saytı məlumat verib.

“”Siz əgər Surkovun poçtunda tapılan planı oxusanız görərsiniz ki, məhz Putin administrasiyasından Ukrayna ilə əylənmə xəttinin rəhbəri olan odur. Orada milli zəmində gərginlik nöqtələri yaratmaq dəqiq əksini tapıb. Zakarpatyada ruslar, Lvov vilayətində polşalılar, Odessa vilayətində rumın- bolqarların xətti ilə. Bu şəraiti stabillikdən çıxartmaq cəhdidir””-deyə Geraşenko bildirib.

Deputatın fikrincə, yerli KİV buna olduqca az reaksiya verməlidir və belə olunca “”sifarişçilər”” niyyətlərinə çata bilməyəcəklər.

Həmçinin deputat xəbər verib ki, Ukrayna təhlükəsizlik xidməti ukraynalı bolqarların askiyaları üçün pul ödənməsi faktının araşdırmasına başlayıb.

O, hesab edir ki, “”Bizim diyar””dan deputat seçilən, bolqar cəmiyyətinin başçısı Anton Kissenin iştirakının olub olmamasını diqqətlə yoxlamaq lazımdır.

Mayın 30-u 2017-ci ildə Odessa vilayətinin Belqorod-Dnestrovsk şəhərində “” Vasili Kaşi bizim qəhrəmanımızdır””, “”Poroşenko, bolqarlar olan gəmini yırğalama”” şüarları və Bolqarıstan, Qaqauz bayraqları tutmuş bolqarlar mitinq keçirib. Tədbirə 300-dən çox adam toplaşıb. Toplaşanlar Ukrayna qanunlarına uyğun özünümüdafiə bölməsi yaratmağı qərara alıblar.

Bolqar cəmiyyəti Belqorod-Dnestrovsk şəhər işra hakimiyyətinin üzvü Kaşinin mayın 18-də ukraynalı millətçilər tərəfindən iclasda döyülməsinə belə etiraz ediblər. Radikalların bu aqressiyasına səbəb isə Kiyev partiarxatının Ukrayna pravoslav kiləsninə məbəd tikmək üçün yer ayrılmasına etiraz edilməsi olub. Doğrudur, sonradan radikallar tərəfindən qorxudulan deputatlar bu mübahisəli məsələyə dostcasına səs veribllər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir