Filippinin Manila şəhərində terrorçular otelə hücum ediblər- VİDEO


Filippinin Manila şəhərində Resorts World Manila yataqxana kompleksində ikinci mərtəbədə yanğın var-deyə Reuters məlumat yayıb. Bundan əvvəl xəbər verilmişdi ki, otelin kazinosunda atışma nəticəsində ən az 25 adam xəsarət alıb. Bu barədə Gazeta.ru yazıb.

Namuləm maskalı silahlılar üçüncü mərtəbəyə soxularaq atəş ediblər. Orada olanların çoxu ciddi yaralanıblar, bir neçələrı atışma başlayandan sonra özünü pəncərədən atıb.

Yerli mətbuatın verdiyi xəbərə görə hazırda yaraqlılar zalın içindədirlər, atışma və partlayış səsləri gəlir. Polis hələ heç bir rəsmi məlumat verməyib, hadisəni nəzarətdə saxlayır.

Hücuma cavabdehliyi “İslam dövləti” öz üzərinə götürdüyü haqda terrorçuların inernetdə aktivliyini izləyən SİTE portalı məlumat verib.

/Yenises.ru/

VİDEO


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir