Putin repressiv qanuna veto qoydu, amma bu nəzərlərdən qaçdı


Vladimir Putin Dövlət  Duması tərəfindən may ayında qəbul olunmuş feyk informasiyadan sitat gətirdiyinə görə KİV-in cavabdehliyini istəyən qanuna veto qoydu. Dövlət Dumasının qanunverici hərəkətini təmin edən sistemdə görünür ki, bu qanuna veto iyunun 15-də qoyulub. Duma şurası prezident tərəfindən təsdiqlənməyən qanunu aidiyyatı komitəyə göndərib.

Bu ərəfədə bir neçə KİV həmin hadisəyə diqqət şəkib. Xüsuslilə, “Vzqlayd” qəzeti MİA “Rossiya seqodnya”nın ictimaiyyətlə informasiya və əlaqə şöbəsinin direktoru Pyotr Lidova-Petrocskinin prezidentin bu hərəkəti ilə bağlı açıqlamasını dərc edib.

 “Mənin fikrimcə, feyk xəbərə istinad edəni cəzalandırmaq olduqca qarışıa və düzgün deyil. Ona görə ki, bundan sitat gətirən  informasiyanın yalan olduğunu bilməyə bilər. İstənilən qanun yerinə yetirilməlidir.  Amma burada bir ssual meydan çıxır. Bunu hansı şəkildə nəzarət ediləcək, kim onu təqib edəcək. Söhbət bir gendə yüzlərcə, minlərcə xəbərdən gedir. Onları oxumaq belə mümkün deyil”-deyə o, bəyan edib.

Bu gün veto haqqında xəbər “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktovun telegram kanalında çıxıb. Bundna sonra KİV kütləvi şəkildə bu xəbəri yayıb.

Qanun layihəsinin müəlliflərindən biri “Vahid Rusiya” partiyasından oaln  (“yedinoross”) Sergey Boyarskidir.

Qanun layihəsində “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişilik irəli sürülmüşdü. Bu dəyişikliyə görə əgər birinci mənbə olan  KİV redaktorlarını tapmaq və cəzalandırmaq mümkün olmazsa,  redaksiya digər KİV-dən götürülmüş feyk xəbərdən istifadə etdiyi üçün bütünlükdə cavab verməlidir.

Bir sözlə, yalanı ilk yazan deyil, onu tirajlayanlar cəzalandırılacaq kimi bir qanun nəzərdə tutulmuş və söz azadlığının keçkiyindı durduğunu göstərən deputatlar tərəfindən qəbul edilmişdir. Lakin Putun bu incə detala diqqət yetirmiş və qanuna veto qoymuşdur. Nədənsə veto qərarı gözdən qaçmışdı.

Yenises.ru


Bir cavab yazın