Sən Azadsan, Zəngilan!


Sanki bir öhtəlikdi, sanki bir borcdu. Hər il işağl olunmiş şəhər-rayonlarımızın anım günündə adından sonra “1 il daha keçdi” yazıb xatırladırdım. Yazan əlin titrəyər, düşünən beynin tormozlanar, döyünın qəlbin sıxışardı.

Məni ən çox da incidən illəri yerində sayıb, yerimizdə saymağımız idi. Həsrətin yaşı artıqca, işlətdiyim bu ayrılıq, intizar, nisgil bildirən kəlmələri dilimizə dolayıb zəncirvari boğazımıza düzməyimizə üzülürdüm. “Üzüntü” sözündən də, özündən də usanmışlıq vardı.

Bu gecə yuxumda görmüşəm”lə nə qədər yatacaq və ayılmaq istəməyəcəkdik?

Qısası uzun və məşəqqətli yolun sonunda, “Sonuncu Zəngilandı” – deyə işğal tarixinin üstünə 1 gəlib, yenə 1 il daha gerisində qaldıq -deyə yazmaq və yaşamaq əzabından xilas olmuşam. Olmuşuq.

“ Sən Azadsan, Zəngilan!”


Azad sözüylə bir arada işlənəın bütün ifadələr şirindir!


Sən Azadsan, Zəngilan! Bunu dedirdən və Yazdıran, Azadlığı bizə daddlran Şəhid Əsgərim, Qazi Əsgərim, Sənə bir Ömründən kəsdiyin Ömür borcumuz, Ömürlük borcumuz var!

Möhtəşəm dönüşün mübarək, Zəngilan! Sən Azadsan!!!

Tüznalə, Moskva
20.10.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir