Tramp Nobel mükafatını ala bilmədi


Mükafatın sahibi Venesuelanın müxalifət lideri Maria Korina Maçado olub. Bu barədə Nobel Sülh Mükafatı Komitəsi mətbuata açıqlamasında bildirib.

“[Mariya Korina Maçado] Nobel Sülh Mükafatını Venesuela xalqının demokratik hüquqlarının təbliğində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə alır”, – komitənin əsaslandırmasında deyilir.

Komitə Maçadonu Venesuela müxalifətinin əsas birləşdirici fiquru və “son illərdə Latın Amerikasında vətəndaş cəsarətinin ən görkəmli nümunələrindən biri” adlandırıb.

Bundan əvvəl Financial Times qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatı Komitəsinin qərarına təsir etmək üçün İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında sövdələşməyə vasitəçilik etməyə tələsir. Nəşrin məlumatına görə, Tramp Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə də ən azı bir telefon danışığında məsələ qaldıraraq Norveç hökumətinə təzyiq göstərməyə cəhd edib.

Bu yerdə deyirlər, nə oldu, cənab Tramp? Tramplini adlaya bilmədini?

yenises.ru